ABŞ-da smartfon


ABŞ-da smartfon
В  Smartfon sahiblərinin əksəriyyətinin təhlükəsizliyin əsasları barədə bilikləri olduqca kiçikdir. AVG antivirus həlləri istehsalçısı və The Ponemon Institute məsləhətçi şirkəti tərəfindən aparılmış birgə araşdırmaya əsasən, ABŞ-da smartfon sahiblərinin 84 faizi eyni telefonu həm şəxsi, həm iş məqsədləri üçün istifadə etməklə, qurğunun itirilməsi zamanı burada saxlanılan məlumatları ikiqat təhlükə altına atır.В  В Araşdırma çərçivəsində aparılmış sorğu iştirakçılarının 66 faizi öz smartfonlarında onların şəxsiyyətini müəyyən etmək üçün istifadə oluna biləcək məlumat (elektron poçt ünvanları, əlaqələr siyahıları, fotoşəkillər, video, bayramlar təqvimləri və s.) saxladıqlarını bəyan ediblər. Bundan əlavə respondentlərin 23 faizi etiraf edib ki, mobil telefonlarında müxtəlif parolları da saxlayırlar.В  В Sorğu zamanı məlum olub ki, smartfon sahiblərini zərərli proqramlar və ya mümkün haker hücumları deyil (44 faiz), daha çox reklam elanları narahat edir (67 faiz). Hesabatda qeyd olunur ki, sorğu iştirakçılarının 66 faizi telefonları vasitəsilə heç olmasa bir dəfə şəbəkədən alış-veriş edib, 38 faizi müntəzəm şəkildə ödənişlər aparır, 14 faizi isə internet-bank xidmətlərindən istifadə edir.В  Respondentlərin 12 faizinin sözlərinə görə, onlar mobil dələduzluğun qurbanı olublar. Bununla belə sorğuda iştirak edən smartfon sahiblərinin yarısından azı telefonlarında klaviaturanın bloklanması və ya paroldan istifadə edir. Mobil antivirus proqramlarının əldə edilməsi barədə respondentlərin 29 faizi düşünür.

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar