Britaniya şirkəti "Facebook" üçün telefon yaradıb.


Britaniya şirkəti "Facebook" üçün telefon yaradıb.

Britaniya şirkəti INQ "Facebook" sosial şəbəkəsi üçün xüsusi hazırlanmış “Cloud Touch” adlı smartfon təqdim edib. Bu haqda "All Thinqs Digital" texnobloqunda məlumat verilib.Smartfonun işçi ekranına əsasən sosial şəbəkənin funksiyaları birləşdirilib. Bu yolla istifadəçilər yeni dostlarını həm izləyə bilər, həm də "Facebook"a qoyulmuş şəkillərə, videoroliklərə baxa biləcəklər. Onlar həmçinin, Facebook çatı və qeolokasion Places servisindən istifadə edə bilərlər. Qeyd edək ki, “Cloud Touch” sensor displeyin ekran ölçüsü 3,5 düym təşkil edir. Bu cihazdan əlavə INQ şirkəti QWERTY-klaviaturalı “Touch Q” modelini istehsal edəcək. Cihazlar Böyük Britaniyada və digər avropa ölkələrində satışa 2011-ci ilin aprelində çıxarılacaq.Smartfon xətti “ОС Google Android 2.2” mobil bazası əsasında işləyir və Android Market əlavələr-dükanını rəsmi şəkildə dəstəkləyir.

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Pulsuz Dünyanın ən nazik smartfonu
Pulsuz Facebookda yeni funksiya
Pulsuz Dünyada ilk 3D smartfon
Biz sosial şəbəkələrdə
Sayğaclar