USB 3.0 dəstəkli məhsullar yavaş yavaş yayılır. Hələ İntel və AMD bu yeni USB standartına dəstək vermir, buna baxmayaraq başqa firmalar genişlənmə kartları və başqa cihazlar istehsal edirlər.
Brando adlı firma USB 3.0 texnologiyasını dizüstü kompüterlərə gətirən məhsul istehsal edib. Bu cihaz ExpressCard slot-u olan dizüstü kompüterlərdə istifadə edilə biləcək.Üzərində iki ədəd USB 3.0, ya da digər adıyla SuperSpeed USB girişi var. NEC marka idarəçisinin köməyi ilə USB 3.0 dəstəyi təmin edilir. Məhsulun xaricdə satış qiyməti 39 $-dır.