Skanerlər, bir rəsmi və ya mətni rəqəmsal mühitə yəni kompüterə ədədi olaraq yazan cihazlardır. Skanerlərin istifadə məqsədinə, həssaslığına və professionallığına görə növləri vardır.
Əl skanerləri, yoxlanacaq sənədin üzərində əl ilə hərəkət etdirilərək axtarma əməliyyatını reallaşdıran skanerlərdir. Əl ilə axtarış edildiyi üçün həssas və dəqiq nəticələndirər əldə edilə bilməz. Yalnız dizüstü kompüterlər üçün modelləri vardır.
Masaüstü (flatbed) skanerlər, bunlar ev və ofis istifadəçiləri üçün hazırlanmış olan istifadəsi asan skanerlərdir.
Kompüterə paralel porttan bağlanan skanerlər, indiki vaxtda ev və ofis istifadəçiləri arasında çox istifadə edilən, praktikliyi və iqtisadiliyindən ötəri bir çox adamın seçdiyi skaner modelidir. USB skanerlər, son zamanlarda istifadəsi getdikcə yayılan USB (Universal Serial Port) portundan kompüterə əlaqəsi edilən skanerlərdir. Paralel porttan bağlanan skanerlər kimi kompüterə təqdimatı və istifadə etməsi çox asandır.