Г‡in Hacker-ləri


Çin Hacker-ləri

Çinli hakerlər 5 beynəlxalq neft-qaz şirkətinin baza məlumatlarını əldə edərək, bu şirkətlərin gələcək planları və digər dəyərli informasiyaları oğurlayıblar.Ekspertlər qeyd edir ki, oğurlanmış məlumatlar şirkətlərin rəqibləri üçün böyük əhəmiyyət kəcb etdiyi üçün onların adları açıqlanmır.McAfee şirkətinin mütəxəssisləri bildirirlər ki, hakerlər hücum zamanı xüsusi fəndlərdən istifadə etməyiblər. Onlar məqsədlərinə standart üsullarla çatıblar. Hücum şirkətlərə göndərilmiş viruslu məktub və ya onların rəsmi veb-saytları vasitəsi ilə təşkil edilib.Bu hadisə infrastrukturun aparıcı şirkətlərində təhlükəsizlik sisteminin çox aşağı səviyyədə olduğunu göstərir.Qeyd edək ki, şirkətin mütəxəssisləri hakerlərin Çinin Şandun əyalətinin serverinindən hücum etdiklərini müəyyən ediblər.

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar