Azərbaycan interneti


Azərbaycan interneti

Azərbaycan interneti dünyada 94-cü oldu. Ölkəmiz internetin sürətinə görə Cənubi Qafqaz regionunda ikincidir.Gürcüstan bütün dünya üzrə internetin sürətinə görə 51-ci yerdədir. Regional miqyasda isə bu ölkə birinci yeri tutur. “Net Index”in hesabatında qeyd olunur ki, Gürcüstanda internetin sürəti 6.77 Mbps-ə bərabərdir.

Dünya üzrə ilk beşliyə isə Cənubi Koreya (36,56 Mbps), Litva (30,34 Mbps), Latviya (26,40 Mbps), İsveç (25,14 Mbps) və Niderland (24,51 Mbps) daxil olub. Bu siyahının autsayderləri isə Zambiya (0,65 Mbps), İran (0,63 Mbps), Boliviya (0, 55 Mbps) və Zimbabvedir (0,39 Mbps).

Postsovet ölkələrində internetin sürəti üzrə reytinq cəbvəli belə qurulub: Litva (2 yer) - 30.34 Mbps, Latviya (3) - 26.40 Mbps, Moldova (7) - 23.67 Mbps, Ukrayna (24) - 12.83 Mbps, Estoniya (25) - 12.79 Mbps, Rusiya (27) - 12.18 Mbps, Gürcüstan (51) - 6.77 Mbps, Qazaxıstan (61) - 5.74 Mbps, Qırğızıstan (64) - 5.66 Mbps, Belarus (67) - 5.31 Mbps, Рђzərbaycan (94) - 2.91 Mbps, Özbəkistan (124) - 1.98 Mbps, Ermənistan (128) - 1.85 Mbps, Рўacikistan (139) - 1.54 Mbps.

Qeyd edək ki, bu reytinq 2008-ci ilin avqust ayından bu ilin 2 fevralınadək İP ünvanlarının test edilməsi nəticəsində tərtib edilib.

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar