ADSL nədir?


ADSL nədir?Bir çox DSL (Digital Subscriber Line) mövcuddur, lakin bunlardan ən çox istifadə ediləni ADSLdir. (Asimmetrik DSL). Asimmetrik DSL deyilməsinin səbəbi məlumat ötürmə sürətlərinin dəyişik olmasıdır.

ADSL üstünlüklərindən biri xüsusi xəttlərə gərək olmamasıdır. POTS (Plain Old Telephone System) də deyilən mövcud mis telefon telləri üzərindən əlaqə qurulur. ADSL əslində xəttlərə verilən ad deyil modemlərə verilən addır.


ADSL xidmətində telefon xəttinin hər iki ucunda - evinizdə və ATS-də ADSL modemlərinə ehtiyac vardır. ADSL modemləri sıravi modemlərdən fərqlidir. Köhnə tip modemlər kompüterinizdən rəqəmsal siqnalları alır və analoq siqnallarına çevirərək telefon xəttindən göndərir. Alıcı modem bu analoq siqnalları yenidən rəqəmsal məlumata çevirir. ADSL modemləri isə bunu etmək yerinə məlumatları rəqəmsal formada qəbul edir və göndərir - analoq siqnallara çevirmə işinə ehtiyac qalmır

Telefon xəttlərində edilən danışıq və analoq transferlər potensial bant genişliyinin çox kiçik bir qisimini istifadə edirlər. ADSL sayəsində insanlar telefonla danışarkən internetə də eyni anda, həm də yüksək sürətlərlə bağlana bilir. Bunun üçün də tək bir xətt kifayətdir.

ADSL telefon xəttini üç kanala ayırmaq olar: Birincisi məlumat almaq, ikincisi məlumat göndərmək, üçüncüsü isə telefon danışıqları aparmaq üçün. Bu internetə bağlıykən eyni zamanda telefonla danışma imkanını təmin edir. Telefon xətti fiziki olaraq üçə ayrılmır. Bunun yerinə modulyasiya texnikaları istifadə edilərək üç ayrı tipdə siqnal ayırd edilə bilər: səs, göndərmə və qəbul etmə. Göndərmə və qəbul etmə kanalları müxtəlif sürətlərə ayrıla bilir. Məsələn bir ADSL forması 1.5 Mbps ilə məlumat ala bilərkən, 640 Kbps ilə göndərə bilər.

Bu sistemin yaxşı çalışması üçün, sizə aid ADSL modemin telefon şirkətindəkinə uzaqlığı müəyyən bir məsafəni aşmamalıdır. Qəti uzaqlıq nizamı ADSL xidmətinə və təklif edilən sürətə hətta mis telefon kabellərinin növlərinə bağlıdır. Məsələn 8.448 Mbit/san-lik bir xidmət üçün ADSL modeminizin şirkətin ADSL modemindən ən çox 9000 feet uzaqda olması lazımdır. 2.048 Mbit/s üçün isə 16.000 feetten çox olmaması lazımdır.



Necə etmək olar ki, ADSL qoşulmadan lokal şəbəkədəki bütün kompüterlər istifadə edə bilsin ?


Lokal şəbəkə (LAN)

Lokal kompüter şəbəkələri (LAN-Lokal Area Network) eyni mühitdə və çox böyük olmayan ərazidə (bir otaq, bir bina, bir müəssisə və s. daxilində) qurulan şəbəkədir. Bu şəbəkələrdə kompüterlər arası məsafə adətən 1-2 km-dən çox olmur. Lokal kompüter şəbəkələri müxtəlif topologiya (struktura) üzrə qurulur.

Aydınlıq:

İstənilən sürətli interneti elə qoşmaq olar ki lokal şəbəkədəki kompüterlər eyni zamanda internetdən istifadə edə bilsinlər. ADSL sürətli interneti lokal şəbəkəyə qoşmaq üçün sizə ən azından 4, 8 və ya daha çoxlu portu olan modem lazımdır. Əgər sizin internet klubunuzda daha çox kompüter varsa 16 portlu modem də ala bilərsiniz. Bu tip modemləri şəhərimizin mağazalarından asandlıq ilə tapmaq mümkündür. Quraşdırmağa gəlincə isə əvvəlcə internet LAN1 vasitəsi ilə administrator kompüterinə qoşulmalıdır, sonra LAN2 vasitəsi ilə şəbəklərə bölünməlidir. Əgər quraşdırmaq haqqında anlayışınız yoxdursa providerin texniki xidmətinə müraciət etməyiniz məsləhətlidir.

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar