Kompüterin proqram təminatı haqqında


Kompüterin proqram təminatı haqqında


Bildiyimiz kimi, verilənləri emal etmək üçün prosessor onları xarici yaddaşdan (məsələn, diskdən, internetdən və s.) əməli yaddaşa çağırır, özündə toplayır, emal edir və yenidən əməli yaddaşa göndərir. İstifadəçinin istəyi ilə və ya hər hansı proqramda elə funksiya varsa bu funksiyanın köməyi ilə (*.bak, *.tmp, *.old və s.) əməli yaddaşdakı informasiya xarici informasiya daşıyıcılarında (vinçester, disket, şəbəkədə başqa komputer, flash disk və s - də) fayllar şəklində saxlanılır. Məsələn, bu kitabın yazıldığı fayl (B6) açılan zaman - WRL3672.tmp virtual faylı yaradılır, (əməli yaddaşda sitənilən faylın vinşesterdəki surəti, kopyası) B6 (faylın adı) ilə işi qurtardıqda olunmuş dəyişiklikləri yadda saxlayıb onu bağladıqdan sonra - WRL3672.tmp faylı yox olur. Əgər edilmiş dəyişilkiklər yadda saxlanana qədər işıq sönərsə, komputer "donarsa" və ya başqa səbəbələrdən bu faylda edilmiş dəyişikliklər yadda saxlanmadan komputer sönərsə, - WRL 3672.tmp faylı yadda qalmış olacaqdır. Belə faylın vinçesterdə qalıb – qalmamasını adətən biz özümüz təyin edirik (söhbət yuxarı səviyyəli istifadəçidən gedir). Müxtəlif yerlərdə olan müxtəlif növ verilənləri emal etmək üçün prosessor müntəzəm olaraq əmirlər almalıdır. Bu əmirlər proqramlarda yazılır və prosessor həmin əmrləri proqramlardan götürüb müəyyən ardıcıllıqla onların yerinə yetirilməsini təmin edir.

Proqram - əmirlərinin nizamlanmış yığımıdır.
Qeyd etdiyimiz kimi, verilənlər diskdə fayllar şəklində, əməli yaddaşda isə oyuqlarda saxlanıılır və bir oyuq bir bayt həcmində informasiya saxlayır. Proqramlar da verilənlərə bənzəyir. Onlar da əməli yaddaşda oyuqlarda saxlanılır, sərt diskdə isə verilənlər kimi fayllar şəklində yazılır. Proqramların yazıldığı fayllar proqram faylları adlanır. Komputer faylın adına və genişlənməsinə görə proqramları verilənlərdən və ümumiyyətlə müxtəlif növ informasiyaları biri birindən ayıra bilir.

"PROQRAM NƏDİR?" sualına belə cavab vermək olar.
Hər hansı proqramlaşdırma dilində təsvir edilmiş “ALQORITM” proqram adlanır. Alqoritm - qarşıya qoyulmuş məqsədə çatmaq üçün təlimatlar ardıcıllığı şəklində tərtib olunmuş sonlu sayda addımlardan ibarət fəaliyyət qaydasıdır.

Alqoritm təlimatlarına əmr deyilir.
Gündəlik həyatımızda biz hər bir işimizi müəyyən alqoritmlə, yəni müəyyən qayda ilə görürük. Sadəcə olaraq bu sözü işlətmirik. Məsələn, riyaziyyat dərslərindən bilirik ki, məxrəcləri müxtəlif olan iki kəsri toplamaq üçün əvvəlcə onlara ortaq məxrəc, sonra hər bir kəsr üçün tamamlayıcı vuruğu tapmaq, məxrəcləri bərabərləşdirmək, sonra isə surətləri toplamaq lazımdır. Biz bu işi addım- addım görürük. Hər hansı addımı, yəni əmri yerinə yetirdikdən sonra o birisini icra etməyə başlayırıq. Bəs bir deyil, 10, 100 dəfə kəsri toplamaq lazım olsa necə? Bu zaman kompüterdən istifadə etməklə bu işi tez bir zamanda yerinə yetirmək olar. Kəsrlərin toplanması qaydasını yaxşı bilən şagird üçün bu işi görmək maraqsız olur, çox vaxt aparır. Ona görə də bu zaman kompüterdən istifadə temək məqsədə uyğundur. Məxrəcləri müxtəlif olan kəsərlərin toplanması alqoritmini proqram şəklində yazıb klaviatur vasitəsilə kompüterə daxil etməklə bu məsələni asanlıqla həll etmək olar.
İstənilən kompüterin tərkibində bir-biri ilə sıx bağlı olan iki hissə var. Bu hissələrdən biri maşının aparat hissəsidir. Aparat vasitələri- texniki qurğular haqqında bir qədər məlumatınız var. Proqramlarsız kompüteri elektron sxemlərin yığımından ibarət qiymətli qutuya bənzətmək olar. Ona görə də kompüterin işləməsi üçün proqramların olması vacibdir. Bu ona bənzəyir ki, musiqi yazılmış kaset olmadan maqnitafon heç bir işə yaramır. İstənilən məsələnin kompüterdə həlli müəyyən proqramların olmasını tələb edir.

*Kompüterdə olan bütün proqramlar toplusu kompüterin proqram təminatı adlanır.
*Kompüter sistemi iştirakıçıları arasındakı qarşılıqlı əlaqə interfeys adlanır.
*Proqramlar arasındakı qarşılıqlı əlaqə isə proqram interfeysi adlanır.
*Aparat hissəsi ilə proqramlar arasındakı qarşılıqlı fəaliyyət isə aparat – proqram interfeysi adlanır.
*İstifadəçinin proqramlardan sitifadə edərək idarə etdiyi və kompüterdən informasiya aldığı fiziki qurğular (klaviatur, maus, monitor və s.) aparat interfeysi adlanır.

İnterfeys (yəni qarşılıqlı fəaliyyət) o zaman təmin olunur ki, hər iki iştirakçı ümumi protokola uyğun işləsin. Məsələn, bunu ütünün elektrik şəbəkəsinə keçirilməsi nümunəsi ilə izah edek. Ütü o zaman isinir ki, aşağıdakı şərtər ödənilsin ("ütü ilə cərəyan mənbəyi arasındakı protokolun şərtləri”):

1.Ütünün cərəyan mənbəyini keçirmək üçün istifadə oluna başlıq keçiriləcək hissəyə uyğun olmalıdır.
2.Ütünün işləmə gərginliyi cərəyan məbəyinin gərginliyi ilə eyni olmalıdır.


Bu şox sadə misaldır. Amma burada da problemlər ola bilər. Məsələn , Rusiyadan aparılmış ütü Yaponiyada işləyə bilməz. Çünki orada şəbəkənin gərginliyi və s. başqa cürdür
(belə deyə bilərik ki, "ütünün gərginlik mənbəyinə keçirilməsi protokolu” başqadır).
Bəs istifadəçi interfeysi nədir? Söhbət fərdi kompüterdən gedirsə kompüter sistemi ilə iş zamanı üçüncü iştirakçı insandır (informatikada onu istifadəçi - user adlandırmaq qəbul olunmuşdur). İstifadəçi həm də kompüterin aparat hissəsi - texniki qurğularla, həm də proqram təminatı ilə qarşılıqlı fəaliyyətdfə olur... Milyonlarla proqramlar vardır və onlarla işləmə üsulları da müxtəlifdir. Bəzi proqramlar klaviatura, bəziləri mausla , videokamera ilə, mikrofonla və s. ilə işləmək üçün nəzərdə tututlmuşdur. Bəzi proqramlar informasiyanı ekrana mətn şəklində, bəziləri qrafik təsvirlərlə verir, bəziləri isə heç ekrandan isitifadə etmir, informasiyanı səslə xaric edir (məsələn, musiqi ...) İstifadəçinin proqramlarla və proqramların istifadəçi ilə qarşılıqlı əlaqəsi üsulları istifadəçinin interfeysi adlanır. Əgər proqramla çox münasib şəkildə işləmək olursa o zaman deyirər ki, bu proqram münasib istifadəçi interfeysinə malikdir. İstifadəçi ilk növbədə ƏS –in interfeysi ilə iş görməli olur.
Komputerlə işləyənlərin böyük əksəriyyəti onunla işləmə prosesində lazım olan proqramları yaratmırlar, onlar hazır proqramlarla işləyirlər və buna görə də istifadəçi adlanırlar. Əslində yüksək səviyyəli istifadəçi olmaq heç də asan deyil. Axı bunun üçün bir neçə geniş yayılmış proqram paketləri ilə işləmə bacarığı kifəayət deyil, həm də "proqram dənizində” hərəklət etməyi ehtiyac olduqda lazımı proqramı tez və asan tapmaq, onunla işləməyi öyrənmək bacarığına malik olmaq lazımdır.

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar