Google haqqında məlumat


Google haqqında məlumat

Google öz istifadəçiləri haqqında valideyinin öz uşağı haqqında bildiyi informasiyadan daha çox bilir. Bu fikri Electronic Frontier Foundation insan hüquqları təşkilatının hüquqşünası Kevin Bankston deyib. Google-dan həmən informasiyanı oğurlamaqla insan hüquqlarını pozmaq olar. Google hər bir istifadəçi haqqında informasiyanı Gmaildə olan yazışmalardan, Youtube-də baxılan videoların tipindən, Şəxsi görüş və planları qeyd etmək üçün olan Google Calendar xidmətindən, İstifadəçinin yerləşdiyi ərazini təyin edən Google Latitude xidmətlərindən toplayır.Eyni zamandan Google məxsus olan Picasa Web Albums xidmətində istifadəçilər öz şəkillərini saxlaya bilərlər. Google-da olan xüsusi alqoritm ilə proqram müxtəlif şəkillərdə sizin üzünüzü taniya bilir. Bunlardan başqa Yeni açılan Google Books xidməti ilə sizin oxuduğunuz kitablar və Pulsuz danışmaq üçün Olan Google Voice xidməti ilə sizin danışıqlarınız haqqında informasi toplanılır. Yeni hazırlanan Google Chrome brauzeridə sizin daxil olduğunuz saytlar haqqında informasiya saxlayır. Google-nin əməkdaşı Peter Fleischer deyir ki, Google özündə olan informasiyanı 3 cürə idarə edir.1) Biz onları satmırıq. 2) Biz onlardan qeyri-qanuni istifadə etmirik. 3) İstifadəçilərin icazəsi olmadan reklam verən şirkətlərə onlara reklam göndərmək üçün icazə vermirik. Pam Dixon deyir ki, elə bütün istifadəçilər haqqında informasiyanı topladığına görə Google indi bu qədər xidmətlər açıb və onların hər biri uğurlu olub. Google-nin hüquqşünası Mike Yang isə bildirir ki, bizim gördüyümüz iş şişirdilir. Əslində biz heç bir informasiyanı oğurlamırıq. Google-un təhlükəsizlik şöbəsinin başçısı isə bildirib ki, onsuz bizdə olan informasiyalar 14 günə silinir. Gmail ilə əlaqədar informasiyalar isə 60 günə. EYni zamanda onun sözlərinə əsasən Google-un bütün xidmətləri başqa-başqa serverlərdə yerləşdiyinə görə onlar öz aralarında çox az əlaqələndirilib.Buna görə heç bir narahatçılığa ehtiyac yoxdur. Google-un bütün xidmətləri haqqında belə informasiyalar dolaşmaqdadır.

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar