Windows 7 haqqında
Bütün kompüter\playstation\telefona aid sualınızı yaza bilərsiniz
055 226 96 22
Windows 7 Əməliyyat sisemi haqqında.
Windows 7 Microsoft şirkətinin hazırladığı əməliyyat sistemi.
AdlandırmaWindows 7 – NT ailəsinin növbəti bir üzvüdü.
Windows NT 3.1 (1993)
Windows NT 3.5 (1994)
Windows NT 3.51 (1995)
Windows NT 4.0 (1996)
Windows 2000 (2000) — Windows NT 5.0
Windows XP (2001) — Windows NT 5.1
Windows XP 64-bit Edition (2006) — Windows NT 5.2
Windows Server 2003 (2003) — Windows NT 5.2
Windows Vista (2006) — Windows NT 6.0
Home Server (2007) — Windows NT 5.2
Windows Server 2008 (2008) — Windows NT 6.0
Windows Small Business Server (2008) — Windows NT 6.0
Windows 7 — Windows NT 6.1 (2009)
Windows Server 2008 R2 — Windows NT 6.1 (2009)
Windows 7 windows ailəsinin növbəti bir üzvü olub Windows Vistadan sonra çıxmışdır. Bu sistem 22 oktyabr 2009-cu ildə Windows Vistanin şatışa çıxmasıdnan 3 il sonra alıcılara təqdim olunmuşdur. Windows 7-nin tərkibinə Vistadan tanıdıgımız interfeys və quraşdırılmış proqramlar daxildir. Fərqli olaraq Game bölməsinə inkball, Ultimate extras; əlavələr bölməsinə Windows live, Microsoft Agent, Windows Meeting Space əlavə olunmuş; Start düyməsindən isə klassik menyuya keçid ləğv edilmişdir. Həmçinin windowsun tərkibidnən Windows təqvimi itmişdir.
Proqram təminatı:Nüvə - 32-bit - x8664-bit - x64
Prosessor - ən az 1 GHz sürətində prosessor 1.60 vəya 2.00 GHz məsləhətdi. (Performans üçün)
Operativ yaddaş - 1 GB RAM - 1-3 GB (Performans və XP rejimi üçün) , 2 GB RAM - 4 GB (Performans və XP rejimi üçün)
Video kart (VGA) - DirectX 9 qrafiklərini Dəstəkləyən 128 MB'lık Grafik kartı yaddaşı (Windows Aero üçün)
Hard disk həcmi - 16* GB boş yer (*Bütün Windows xüsusiyyətləri ilə.), 20* GB boş alan (*Bütün Windows xüsusiyyətləri ilə.)
Drayver - DVD-R/W Driver ya da 4 GB vəya daha böyük USB flash
VersiyalarStarter Edition#daha sadə və istifadəsi daha asandır
#windows 7 starter, sizinlə görəcəyiniz işlər arasındakı prosedurlari azaldaraq (daha az gözləmək, daha az tıklatma, şəbəkəyə bağlanarkən daha az çətinlik) şəbəkə dizüstü kompüterlərin istifadəsini asanlaşdırır.
Windows 7 Home Basic#hər gün etdiyiniz prosedurları sürətləndirir və asanlaşdırır.
#windows 7 home basic, ən çox istifadə etdiyiniz yazılımlara və sənədlərə çatmağı daha da asanlaşdırır, beləliklə axtarmağa daha az, prosedur etməyə daha çox vaxt ayıra bilərsiniz.
Windows 7 Home Premium#windows 7 premium bir ev şəbəkəsi yaradaraq xoşladığınız şəkilləri, videoları və musiqiləri bölüşməyinizi asanlaşdırır
#tv-yə baxa, dayandıra, geriyə qaytara və yaddaşa sala bilərsiniz.
#daha çox əyləncə və oyun üçün yaradılıb.
Windows 7 Professional#İş yerində və evdə ehtiyaciniz olan her şey üçün.
#Bir çox Windows XP verimlilik drayverini Windows XP modunda işlədə bilər və avtomatik verilərlə ev və iş yeri şəbəkənizə yenidən yükləyə bilərsiniz
#Həmçinin Homegroup baglantısı ilə şirkət şəbəkələrinə qoşula bilərsiniz.
Windows 7 Ultimate#bütün xüsusiyyətləri istəyənlər üçün buraxılmışdır
#Windovs 7 Ultimate ən istifadəyə rahat və ən güclü versiyadır.
Home Premuim#Əyləncə xüsusiyyətlərini və Professinalın Windows XP rejimində işləyə bilmək xüsusiyyətlərini özündə birləşdirir.
#Əlavə təhlükəsizlik üçün Bitlocker və Bitlocker TO GO ilə parol qoya bilərsiniz. Həm də 35 müxtəlif dildən istifadə imkanları da var.
Windows 7 Enterprise#Şirkətlər üçün nəzərdə tutulmuşdur.
#Windovs 7 Enterprise sadəcə korporativ şirkətlərə satılır və Ultimatedən daha çox funksionallığa sahibdir.
YeniliklərƏməliyyat sistemi multitouch sistemini dəstəkləyir. Şəbəkə texnologiyası olan Branch Cache internet-trafiki özündə keş yaddaşa atmağa icazə verir. Əgər istifadəçiyə lokal şəbəkədə fayl lazım olursa, hansı ki öz şəbəkəsindən olan istifadəçi tərəfindən yüklənib, onda istifadəçi asanlıqla bu faylı keş saxlayıcıdan götürə bilər. Şəbəkə keşi 2 rejimdə işləyə bilər – Hosted Cache və distributed Cache. Əməliyyat sistemində həmçinin müxtəlif ölkələri təmsil edən 120 masaüstü şəkil quraşdırılıb. Bütün versiyalar özündə 50 yeni şrifti birləşdirir. Windows 7 windowsun ilk versiyadır, hansi ki özündə latın olmayan şriftləri dəstəkləyir. Windows 7 Vistanın bütün drayverlərini dəstəkləyir.
MultimediaBu versiyanın tərkibində buraxılmış directx 11 özündə növbəti yenilikləri birləşdirir: Yeni şeyderlerin dərk proqramı əlavə olunub, renderinqin çoxcərəyanlı xüsusiyyəti teselyasıyanın mükəmməlləşdirilməsi, tekstur kompresinin yeni alqoritmi əlavə olunub və s. Yeni windows media player 12 yeni interfeys alıb və əvvəlki versiyalardan fərqli olaraq daha çox kodek dəstəkləyir. Doğrudur, o hələ ki lisenziyalı Blu-Ray diskini oxuda bilmir, ancaq ondakı məlumatları oxumaq və diskə məlumatlar yazmaq mümkündür.
MobillikBaxmayaraq ki Windowsun mərkəzi mobillik sistemi Vista ilə müqayisədə çox da böyük dəyişikliyə məruz qalmayıb, windows 7 Vistaya nəzərən noutbuklarda daha çox vaxt işləmək imkanına malikdir, əsasən də dvd videoların oynatılmasında bu fərq nəzərə çarpır. Həmçinin də windows 7-nin avqust buraxılışında rekord müddətdə sistemin yükləməsi baş verib: cəmi 11 saniyə. Sistem SSD diskini açdı və başqa yüksək tutumlu proqramları işə saldı. Həmçinin intwel noutbuklarında Internet Explorer brauzerinin testlərdə yaxşı nəticələr əldə etdiyini qeyd etmək lazımdı. Ancaq müstəqil aparılan testlərdə 7-ci versiyanın Windows XP-dən nəzərə çarpaçaq dərəcədə noutbuklarda batareyanın işləmə müddətini azaltdığı nəzərə çarpır. Laptopmag.com jurnalının eksperimentləri apardıqları təcrübədə bu fərqin nə qədər böyük olduğu qənaətinə gəliblər: 47 dəqiqə daha az. ASUS noutbuklarında isə bu fərq daha çoxdu: 57 dəqiqə. Qeyd edək ki Microsoft firması bu barədə rəsmi açıqlama verməyib. Və bunu da windows 7-nin çatışmazlıqları sırasına yazmaq olar.
İnterfeysWindows 7-nin desktopu digər Windowslardan xeyli fərqlənir. Bu fərqlilik onun maraqlı, mulmedional interfeysində, həmçinin açılmış pəncərələrin idarə edilməsində özünü biruzə verir. Həmçinin buraya yeni Aero Peek interfeysi də quraşdırılıb ki, bu da istifadəçiyə xüsusi zövq verir. Digər Windowslardan fərqli olaraq 7-də Show desktop düyməsi saatın sağına quraşdırılıb. Kursoru üstünə gətirdikdə desktop pəncərəsi şəffaf pəncərədə görsənir. Açıq pəncərələrin sərhədlərinin şəffaf görsənməsi isə interfeysi maraqlı edir. Həmçinin desktopda pəncərənin böyüdülməsi sistəmi də (Snap funksiyası) çox əla düşünülmüşdür. Bir neçə pəncərə açıq olanda qabaq pəncərəni silkələməklə digərlərinin aşağı düşməsi (Shake funksiyası) də istifadəçiyə rahatlıq gətirir.Həmçinin açılan pəncərənin adının üstünə gəldikdə həmin pəncərənin balaca görüntüsünü göstərmək funksiyası bizə vistadan tanış bir funksiyadır.Start düyməsi də cox istifadəyə rahat səkildə duzəldilmisdir.Belə ki burda artiq Startin 2 cur interfeysi legv olums, run pəncərəsi qismən gizlədilmiş əvəzində serach yerinə yazmaqla əvəz edilmişdir. Hər bir proqramın üstünə gədldikdə qabağında onun son dəfə istidadə olunmuş fayllar avtomatik açılır. Yeni Standartlar – Sticky notes və Snipped tool cox elverişli proqramlardı. Snipped tool vasitəsilə displayde istədyimiz gorüntünün hansısa bir hissəsini kəsib şəkil kimi gotürmək olar.
Fayl sistemiWindows 7 əsasen NTFS və Fat32 fayl sistemlərinə yazilır. Bu fayl sistemləri bir birindən çox fərqlənirlər. NTFS Windows 7 üçün ən məsləhətli fayl sistemidi. ONun FAT32 dən üstün cəhətləri aşağidakılardı.
NTFS--Diskin bir necə xətasından sonra avtomatik bərpa olunma funksiyası
--böyuk həcmli Hard disklərin dəstəkləmək funksiyası
--yüksek təhlukəsizlik. Istafadəçi girişi üçün başqa fayllara qadaöa qoymaq funksiyası.
Fat 32Fat32 fayl sistemi daha çox Windowsun əvvəlki versiyalarinda Windows 95 , Windows 98 ve Windows ME istifade olunurdu. Fat32 də həm də həcm limiti problemi də var. beləki bu sistemde 32qb dan artiq hissələr ayirmaq olmur.
TəhlükəsizlikWindows 7 də daha User Account Control (UAC) realizə olunub hansi ki Vistadan fərqli olaraq “həmişə xəbərdar et “ və “he. vaxt xəbərdar etmə “ rejimləri arasında daha 2 rejim mövcuddur. : “proqram kompüterdə dəyişiklik etdiyi zaman xəbərdar et” və “ “proqram kompüterdə dəyişiklik etdikdə xəbərdar et ( desktop istisna)” . qeyd etmək lazimdı ki bu sistem ancaq proqram və ya arxa rejimde işlək vəziyyətdə olan zaman işləyir.Həmçinin Bitlocker texnologiyasında dəyişiklik edilib və yeni Bitlocker to go funksiyası əlave edilib.Həmçinin dəyişikliklər windows brandmauerde də özünü əks etdirir. Hansı ki proqramın şəbəkəyə müraciəti zamanı firewall sistemi avtomatik xəbərdarlıq edir. Applocker sistemi isə qadağan olunmuş proqramların açılmasının qarşısını alır.DirectAccess fon rejiminde şəbəkəyə təhlükəsiz bağlanmanı təmin edir. VPN dən fərqli olaraq bu sistem istifadeçi iştirakını lazım bilmir.
Proqramlar, son yeniliklər telegramda