İT-bazarı il ərzində $1,5 trilyonadək artıb
Bütün kompüter\playstation\telefona aid sualınızı yaza bilərsiniz
055 226 96 22
2010-cu il ərzində dünyanın informasiya texnologiyaları (İT) bazarı 2009-cu illə müqayisədə 8 faiz, 1,5 trilyon ABŞ dollarınadək artıb. Bu barədə IDC analitik şirkətinin yeni hesabatında qeyd olunur.
Belə vəziyyətdə, ötən ildə informasiya texnologiyalarına ayrılan xərclər 2007-ci ildən etibarən ən yüksək artım tempi nümayiş etdirib. 2010-cu ildə ABŞ-ın İT-bazarı 6 faiz, Asiya-sakit Okean regionun müvafiq sahəsi isə 13 faiz artıb.
IDC analitiklərinin proqnozlarına görə, 2011-ci ildə dünya İT-bazarı ötən illə müqayisədə 7 faiz, 1,650 trilyon dollaradək artacaq.
İnformasiya-kommunikasiya texnologiyaları (İKT) bazarı isə, telekommunikasiya xidmətləri daxil olmaqla 2010-cu ildə 6 faiz, təxminən 3 trilyon dollaradək artıb.
Proqramlar, son yeniliklər telegramda