Göy nə üçün guruldayır?


Göy nə üçün guruldayır?


Qış aylarında qar yağarkən şimşək, ildırım və göy gurultusu olur. İldırım və göy gurultusu ən çox yaz aylarında, hava ilıq və nəmli ikən yüksələn havanın təsiriylə olur. Qış aylarında havanın alçaq və yüksək qisimləri arasında istilik fərqi az, alçaq səviyyələrdə isə nəm də çox olduğundan şimşək, ildırım və nəticədə göy gurultusu hadisəsi daha az görülür. Şimşək və ya ildırım ətraflarındakı havanı saniyənin milyonda biri qədər bir müddətdə 30.000 dərəcəyə qədər istilədirlər. İstilənən bu hava birdəngenişləyir. Normal atmosfer təzyiqinin az haradasa 100 misli qədərində bir təzyiqlə, səs sürətindən çox sürətli səs dalğaları yayır. Bu eynilə səs sürətini keçən təyyarələrdə olduğu kimi qulağımıza partlama səsi olaraq çatır. Buna göy guruldaması deyirik. Şimşək də, ildırım da tək bir hadisə deyil bir ardıcıl hadisənin birləşməsidirlər. İldırımın ilk çaxmasından sonrakı yuxarı doğru olan daiərvi çaxışında, elektrik cərəyanı daha güclü olduğundan qulağımıza gələn ikinci səs birincisindən güclüdür. İldırım və ya şimşəyin görülməsi ilə göy guruldamasının eşidilməsi arasında keçən müddət saniyə olaraq ölçülür və üçə bölünsə uzaqlıq kilometr olaraq tapıla bilər. Çünki göy gurultusunun səsi bizə səs sürəti ilə çatarkən, şimşək və ildırımın görünüşü gözümüzə işıq sürətiylə çatır. Göy guruldaması normal şərtlərdə 24 kilometrdən daha çox məsafələrdən eşidilmir.

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar