Logitech options alternativi




Əgər Logitech maus və ya klaviatura istifadə edirsinizsə, cihazları idarə etmək üçün rəsmi olaraq Logi Options+ proqramını yükləyə bilərsiniz.
Lakin Logi Options+ kifayət qədər ağır proqramdır. Arxa planda daim işləyir və əlavə RAM istifadəsinə səbəb olur. Bundan başqa, telemetriya funksiyalarından istifadə edir və müəyyən məlumatları Logitech serverlərinə göndərir.


Məni narahat edən digər məsələ firmware yeniləmələridir. Logitech proqramlarının cihazların firmware-ni avtomatik yeniləməsi mümkündür. Mən şəxsən firmware yeniləməsindən sonra Logitech mauslarında problem yarandığı hallarla bir neçə dəfə rastlaşmışam. Buna görə mümkün qədər yüngül, lokal işləyən və cihaz üzərində daha çox nəzarət verən alternativlərə üstünlük verirəm.
Logitech Options+ əvəzinə istifadə edə biləcəyiniz iki açıq mənbəli proqramı tövsiyə edirəm:

  1. openlogi-net
  2. Mouser

1. openlogi-net

openlogi-net C# proqramlaşdırma dilində hazırlanmış və əsasən Windows əməliyyat sistemi üçün nəzərdə tutulmuş açıq mənbəli proqramdır.
Əgər Windows istifadə etmirsinizsə, layihənin əsasını təşkil edən OpenLogi proqramına baxa bilərsiniz. Original OpenLogi əsasən macOS və Linux üçün hazırlanır.

openlogi-net nədir?

openlogi-net Logitech-in HID++ protokolundan istifadə edərək maus və klaviaturalarla birbaşa əlaqə yaradır.
Aşağıdakı bağlantı növlərini dəstəkləyir:
  • Logi Bolt receiver
  • Logitech Unifying receiver
  • LIGHTSPEED receiver
  • Powerplay mousepad daxilindəki receiver
  • Bluetooth vasitəsilə birbaşa bağlantı
  • USB/kabel bağlantısı
Bütün bunlar Logi Options+ işlətmədən həyata keçirilir.
Proqram tamamilə lokal işləyir:
  • Bezdirici Logitech hesabı tələb olunmur;
  • cloud sinxronizasiya yoxdur;  bunun əvəzində settings faylını özünüz copy paste edib daşıya bilərsiniz. kompüter ustaları üçün faydalıdır
  • telemetriya yoxdur.

openlogi-net iki əsas proqramdan ibarətdir

OpenLogi.App

Qrafik interfeysə malik əsas desktop proqramıdır.
Burada aşağıdakı funksiyalar mövcuddur:
  • cihazın interaktiv görünüşü;
  • maus düymələrinin funksiyalarını dəyişmək;
  • gesture hərəkətlərini konfiqurasiya etmək;
  • hər istiqamət üçün ayrıca əməliyyat təyin etmək;
  • hazır gesture preset-lərindən istifadə etmək;
  • DPI-ni dəyişmək;
  • SmartShift funksiyasını idarə etmək;
  • RGB işıqlandırmanı idarə etmək;
  • klaviaturada ayrı-ayrı düymələrin rəngini dəyişmək;
  • proqramlara görə ayrıca profillər yaratmaq;
  • proqramı system tray-də işlətmək.

OpenLogi.Cli

Qrafik interfeysi olmayan command-line proqramıdır.
Əsasən aşağıdakılar üçün istifadə olunur:
  • qoşulmuş cihazların siyahısını görmək;
  • HID++ diaqnostikası aparmaq;
  • müəyyən resursları əvvəlcədən yükləmək;
  • işıqlandırma və profil funksiyalarını yoxlamaq.


Hər cihaz üçün:
  • online/offline vəziyyəti;
  • batareya səviyyəsi
göstərilə bilər.

Maus düymələrinin dəyişdirilməsi

Proqramlaşdırıla bilən maus düymələrinə müxtəlif əməliyyatlar və klaviatura kombinasiyaları təyin etmək mümkündür.
Məsələn:
Ctrl + Shift + P
kimi custom shortcut yaratmaq olar.

Maus gesture-ləri

Mausun müəyyən düyməsini basılı saxlayıb aşağıdakı istiqamətlərdə hərəkət etdirmək mümkündür:
  • yuxarı;
  • aşağı;
  • sola;
  • sağa.
Beləliklə bir düyməyə ümumilikdə beş müxtəlif funksiya vermək mümkündür:
  • sadəcə klik;
  • yuxarı gesture;
  • aşağı gesture;
  • sola gesture;
  • sağa gesture.
Bu funksiya yalnız MX seriyasındakı xüsusi Gesture düyməsi ilə məhdudlaşmır.
Məsələn aşağıdakı düymələrdən də istifadə etmək mümkündür:
  • Middle Click;
  • Back;
  • Forward;
  • Wheel Mode düyməsi.
Hətta eyni anda bir neçə düymə gesture üçün konfiqurasiya edilə bilər.
Logi Options+-da olduğu kimi hazır gesture preset-ləri də mövcuddur:
  • Windows və Desktop idarəetməsi;
  • Media və səs;
  • pəncərələrin idarə edilməsi;
  • və s.
İstəsəniz hər istiqamət üçün tamamilə fərqli custom əməliyyat da təyin edə bilərsiniz.

DPI idarəetməsi

Mausun hazırkı DPI dəyərini oxumaq və dəyişmək mümkündür.
Hazır DPI preset-lərindən də istifadə etmək olar.

SmartShift

Logitech-in SmartShift funksiyasını aktiv və ya deaktiv etmək, həmçinin həssaslığını dəyişmək mümkündür.
Bu funksiya scroll wheel-in adi pilləli rejimdən sərbəst fırlanma rejiminə keçməsini idarə edir.

Smooth Scrolling

openlogi-net yüksək dəqiqlikli HID++ scroll məlumatlarından istifadə edərək daha yumşaq scroll təmin edə bilir.
Bu funksiya Logi Options+-dakı Smooth Scrolling funksiyasına bənzəyir.
Vacib məqam: Logi Options+, G HUB və ya Logi Bolt kimi Logitech proqramlarını openlogi-net ilə eyni anda işlətmək bəzi hallarda problem yarada bilər.
Səbəb hər iki proqramın cihazdakı eyni müvəqqəti scroll parametrlərini dəyişdirməsidir. Sonuncu hansı proqram parametr yazıbsa, həmin parametr aktiv qalacaq.

Mausu hərəkət etdirərək pointer-i tapmaq

macOS-da olan funksiyaya bənzər şəkildə mausu sürətlə sağa-sola hərəkət etdikdə ekrandakı pointer böyüyür.
Pointer maksimum təxminən 3 dəfə böyüyə bilər və mausu silkələməyi dayandırdıqdan sonra normal ölçüsünə qayıdır.
Bu funksiya standart olaraq deaktivdir və Pointer bölməsindən aktivləşdirilə bilər.

RGB işıqlandırma

Dəstəklənən Logitech klaviaturalarında:
  • sabit rəng;
  • hər düymə üçün ayrıca rəng;
  • parlaqlıq;
  • hazır işıq effektləri
idarə edilə bilər.


Host Switching

Bir neçə kompüterə qoşula bilən Logitech cihazlarında mövcud host-ların siyahısını görmək və onların arasında keçid etmək mümkündür.





2. Mouser


Mouser​​​
İkinci alternativ Mouser proqramıdır.
Mouser Logitech HID++ mauslarını idarə etmək və düymələrini dəyişmək üçün hazırlanmış:
  • yüngül;
  • açıq mənbəli;
  • tamamilə lokal işləyən
Logi Options+ alternatividir.
Hazırda ən yaxşı dəstək əsasən aşağıdakı seriyalardadır:
  • MX Master
  • MX Anywhere
Digər Logitech modelləri üçün də cihaz aşkarlanması və universal interfeys mövcuddur.
Mouser-in əsas üstünlüklərindən biri məxfilikdir:
Telemetriya yoxdur. Cloud yoxdur. Logitech hesabı tələb olunmur.

Mouser-də gesture-in nə qədər həssas olmasını özünüz tənzimləyə bilərsiniz. Bu, təsadüfən gesture aktivləşməsinin qarşısını almaq üçün faydalıdır. Bu funksiya digər proqramda yoxdur

Mouser funksiyaları

Düymələrin funksiyalarını dəyişmək

Demək olar ki, bütün proqramlaşdırıla bilən maus düymələrini dəyişmək mümkündür.
Məsələn:
  • Middle Click;
  • Gesture Button;
  • Back;
  • Forward;
  • Mode Shift;
  • MX Vertical üzərindəki DPI Switch;
  • Horizontal Scroll.

Maus düyməsini başqa maus düyməsinə çevirmək

İstənilən düyməni aşağıdakı funksiyalardan birinə çevirmək mümkündür:
  • Left Click;
  • Right Click;
  • Middle Click;
  • Back;
  • Forward.

Proqrama görə fərqli profillər

Mouser hazırda aktiv olan proqramı müəyyən edib profilini avtomatik dəyişə bilir.
Məsələn Chrome üçün bir düymə quruluşu, Visual Studio Code üçün isə tamamilə başqa düymə quruluşu istifadə edə bilərsiniz.

Custom klaviatura shortcut-ları

İstənilən klaviatura kombinasiyasını birbaşa proqram daxilində yazmaq mümkündür.
Məsələn:
Ctrl + Shift + P

40-dan çox hazır əməliyyat

Proqramın daxilində 40-dan çox hazır funksiya mövcuddur.
Bunlara daxildir:
  • navigation;
  • browser əməliyyatları;
  • mətn redaktəsi;
  • media idarəetməsi;
  • scroll mode;
  • DPI dəyişiklikləri.
Funksiyalar istifadə edilən əməliyyat sisteminə uyğunlaşır.

Cihazın idarə edilməsi

DPI / Pointer Speed

DPI dəyərini 200-dən cihazın dəstəklədiyi maksimum göstəriciyə qədər dəyişmək mümkündür.
Məsələn, bəzi MX Master modellərində maksimum dəyər 8000 DPI-a qədər çata bilər.
Hazır DPI preset-ləri də yaratmaq mümkündür.
Bundan əlavə, maus düymələrindən birinə Cycle DPI Presets əməliyyatını təyin edib müxtəlif DPI səviyyələri arasında sürətli keçid etmək olar.

SmartShift

Logitech-in pilləli və sərbəst fırlanan scroll rejimləri arasında avtomatik keçid edən SmartShift funksiyasını idarə etmək mümkündür.
Həssaslıq səviyyəsini də dəyişmək olar.
Maus düymələrindən birinə Toggle SmartShift funksiyası təyin etmək mümkündür.

Scroll rejimini dəyişmək

Proqramı açmadan maus düyməsi vasitəsilə aşağıdakı rejimlər arasında keçmək mümkündür:
Ratchet ↔ Free-spin
Standart olaraq bu funksiya Mode Shift düyməsinə təyin edilə bilər.

Scroll istiqamətini dəyişmək

Şaquli və üfüqi scroll istiqamətlərini bir-birindən asılı olmadan dəyişmək mümkündür.
Məsələn:
  • Vertical Scroll — normal;
  • Horizontal Scroll — inverted.

Gesture düyməsi

Bir düyməyə beş müxtəlif əməliyyat təyin edilə bilər:
  • adi klik;
  • yuxarı swipe;
  • aşağı swipe;
  • sola swipe;
  • sağa swipe.

Windows, macOS və Linux dəstəyi

Mouser cross-platform proqramdır və üç əsas desktop əməliyyat sistemini dəstəkləyir:
  • Windows
  • macOS
  • Linux

Bluetooth və Logi Bolt dəstəyi

Mouser həm:
  • Bluetooth;
  • Logi Bolt
bağlantısını Windows, macOS və Linux-da dəstəkləyir.
Proqram bağlantının növünü interfeysdə göstərə bilir.
Receiver-in PID məlumatından onun həqiqətən Logi Bolt olduğu müəyyən edildikdə interfeysdə Logi Bolt yazılır.

Avtomatik yenidən qoşulma

Mausu söndürüb yenidən açdıqda proqram cihazı avtomatik aşkarlamağa çalışır.
HID++ bağlantısı və əməliyyat sistemindəki maus hook-u yenidən aktivləşdirilir.
SmartShift parametrləri də yenidən tətbiq edilir.
Bu funksiya kompüter sleep rejimindən qayıtdıqda da işləyə bilər.

Canlı bağlantı statusu

İnterfeysdə real vaxt rejimində aşağıdakı məlumatlar göstərilir:
  • Connected / Not Connected;
  • cihazın modeli;
  • aktiv layout.

Cihaza uyğun interfeys

MX Master və MX Anywhere modelləri üçün ayrıca interaktiv maus şəkilləri və klik edilə bilən düymələr mövcuddur.
Digər Logitech modelləri üçün isə universal interfeysdən istifadə edilir.
Eksperimental olaraq layout-u manual dəyişmək imkanı da mövcuddur.


Dili dəyişdirmək üçün proqramı restart etmək tələb olunmur.
Seçilmiş dil config.json faylında saxlanılır və proqram növbəti dəfə açıldıqda avtomatik bərpa edilir.
Tərcümə aşağıdakı interfeys hissələrini də əhatə edir:
  • navigation;
  • mouse səhifəsi;
  • settings;
  • dialoq pəncərələri;
  • system tray / menu bar;
  • permission pəncərələri.



Hansı Logitech mausları dəstəklənir?

Model / seriyaHID++ aşkarlanmasıİnterfeys dəstəyi
MX Master 4 / 3S / 3 / 2S / MX MasterBəliHər model üçün ayrıca interaktiv interfeys
MX Anywhere 3S / 3 / 2SBəliHər model üçün ayrıca interaktiv interfeys
MX VerticalBəliUniversal interfeys + DPI Switch dəstəyi
Digər Logitech HID++ mauslarıPID/model adına əsasən mümkün olduğu qədər aşkarlanırUniversal interfeys


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar