Logitech MX Keys və MX Master 3 maus almaq istəyənlər üçün bəzi vacib məlumatları qeyd etmək istəyirəm
Bu ikilinin adı ümumilikdə mx combo formasında da qeyd olunur. MX Master 3S əlavə olaraq yanında S hərfi olan model daha yenidir, daha səssiz işləyir.MX Master 3S modeli Bolt adında usb formasında dongle qoşulma cihazı ilə gəlir. Bu qoşulma cihazı daha sürətlidir, daha güvənlidir amma mənfi cəhətləridə mövcuddur. Məsələn, əvvəlki kimi mx klaviatura və mx mausu eyni usb qoşulma cihazına qoşa bilməzsiniz, iki cihazında ayrıca usb-sini qoşmalısınız
MX keys klaviaturasında olan daha bir xüsusiyyət, işıqlandırmanın istifadə olunadıqda bir müddət sonra avtomatik sönməsidir. Bu klaviatura eyni vaxtda 3 fərqli cihazınıza qoşula bilər. Lap yuxarıda olan ESC düyməsindən başqa, bütün düymələrə özünüz istədiyiniz tapşırıqı əlavə edə bilərsiniz