Windows 7\8\10\11 əməliyyat sistemləri üçün pulsuz antivirus programları haqqında bu məqaləmizdən oxuya bilərsiniz. Həmçinin antivirus olmadan sisteminizi müdafiə etmək üsullarına da baxa bilərsiniz
İlk öncə sizə ən məşhur olan və bir çoxu quraşdırılmadan (portable) işləyə bilən təhlükəsizlik proqramlarını təqdim etmək istəyirəm. Aşağıdakı proqramları yükləyərkən diqqətli olun. Rəsmi şirkət tərəfindən pulsuz olaraq təqdim edilsədə, tam olaraq virusları aşkar edə bilir. Amma real vaxtda müdafiəni təmin etmir. Əslində bu bir tərəfdən də yaxşı funksiyadır, çünki sizə lazım olan zaman antivirusu qoşub axtarış edirsiz. Proqraml bağlayandan sonra arxa planda proseslər işləmir, kompüterinizin performansı aşağı düşmür. Windows üzərində gələn defender antivirusunu deaktiv edib, rahatlıqla aşağıdakı versiyalardan istifadə edə bilərsiniz.
- Kaspersky Virus Removal Tool
- Kaspersky TDSSKiller (proyekt dayandırılıb)
- Emsisoft Emergency Kit
- ESET Online Scanner
- Norton Power Eraser
- Comodo Cleaning Essentials
- Avira PC Cleaner (proyekt discontinued)
- HitmanPro
- Zemana AntiMalware
- Malwarebytes
- AdwCleaner
- RogueKiller (yüklədikdən sonra Portable 64 bit seçiminə klik edin)
Comodo Firewall,özümündə istifadə etdiyim, pulsuz firewall proqramıdır. Bu proqram kompüterinizdə olan fayllar ilə internet arasında bir divar yaradır. Təhlükəli hesab etdiyi faylı açdığınız zaman, avtomatik internet icazəsini sizdən soruşur. İcazə vermədiyiniz təqdirdə həmin fayl internetə qoşula bilmir, və sizin fayllarınız xaker hücumuna məruz qalmır
Qeyd edimki firewall proqramlar tam funksiyalı antivirus deyil. Tez tez crack fayllardan istifadə edirsinizsə, antivirus sizin kompüteri yorursa, aşağıdakı linkdən firewall yükləyib quraşdıra bilərsiniz. Quraşdırma zamanı əlavə reklam proqramlarının qarşısından quşu götürməyi unutmayın