Real vaxtda videonu tərcümə etmək


                                         

Yandex brauzerində youtube və digər saytlarda olan videonu real vaxtda səsli tərcümə sistemi integrasiya olunub. Bu sistem sözləri maksimum dəqiqlik ilə tərcümə etməyə imkan verir. Saytımızda yerləşdirilən kodlar vasitəsilə,  yandex tarayıcıya ehtiyac olmadan, bu tərcümə sistemini işlədə biləcəksiniz

Yandex tarayıcı istifadəçilər tərəfindən çoxda sevilən brauzer deyil. Buna səbəb kimi, brauzer daxili reklamların çox olması və reklamlar göstərilir
Həmçinin, bu brauzer istifadəçinin yüklədiyi digər proqramlar ilə birlikdə avtomatik yüklənirdi

Bu tərcümə sistemini quraşdırmaq üçün əvvəlcə google chrome yaxud firefox tarayıcıda https://www.tampermonkey.net/  əlavəsini quraşdırmalısınız



Sonra bu linkdən, jаvascript faylı yükləyirsiz. Həmin tempermonkey əlavəsini açıb javaskript fayla göstəriş verməlisiniz


Bu əlavə aşağıdakı saytlardan səsli tərcümə etməyə imkan verir


*Qarşısında nida işarəsi olan saytlarda normal işləməyi üçün bəzi əlavələr etmək lazımdır, digər  saytlarda heçbir problem olmadan çalışır

Proqramın əsas funksiyaları:

Mövcud dillərdən birindən rus dilinə tərcümə. Dil avtomatik olaraq müəyyən edilir, əgər dil siyahıda deyilsə və ya müəyyən edilə bilmirsə, ingilis dilindən tərcümə istifadə olunur.
Rus dilindən ingilis dilinə tərcümə
Video Açıldıqda onun avtomatik tərcümə edilməsi
Video səsini dəyişdirmək üçün panel
Video səsini  avtomatik olaraq təyin etmə funksiyası (Yandex brauzerində olduğu kimi)
[YouTube üçün] tərcümə səsini video səsi ilə sinxronlaşdırın

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar