Google chrome kompüter üçün ayarlar


              

Google chrome brauzeri üçün vacib hesab etdiyim ayarları, nizamlamaları və addonları bu məqalədən oxuya bilərsiniz. Burada göstərilən ayarları etdikdən sonra, işləmə sürətiniz 2 qat artacaq.

Uzun müddət (3il) kompüterdə və android telefonda firefox isitfadə edəndən sonra, google chrome-a qayıtmaq qərarıra gəldim. Özüm aşkar etdiyim fərqləri qeyd edəcəm, sizin fikirləriniz varsa, şərh bölməsində yazın

Kompüterdə firefox + ublock ( reklam bloklayıcı) ən ideal seçimdir. Google chromenin son updateləri və manifest yenilənməsi bu addonun işini yavaş yavaş dayandırdığı üçün firefox işlədirdim. Həmçinin firefoxun android versiyasında da reklam bloklayıcı kimi bu əlavəni qurub, istənilən saytın istənilən yerini (reklam olmasa belə) ləgv edə bilirsiz. Amma firefoxun android versiyasının performansı, kompüter versiyasının tam əksidir, donmalar həddən artıq çoxdur.

Daha bir firefox problemi, google sheets saytında , mx maus ilə işləmək mümkün deyil. 1 scrool edəndə avtomatik 5-10 səhifə aşağı atırdı. Bu problemdən sonra brauzer axtarışına çıxdım

Elə bir brauzer lazım idiki, həm kompüterdə həmdə android telefonda sinxronizasiya normal işləsin. Vivaldi brauzerinin yenilikləri diqqətimi cəlb etdi. Amma kompüter versiyasında chrome və firefox kimi axıcı olmadığını gördüm, ümumi ayarlar bölməsində belə gecikmə var idi. Youtubeda 4k video izlədikdə fps drop verirdi. Ancaq android versiyası çox xoşuma gəldi.

Sonra telefona və kompüterə chrome yüklədim. Yükləyən kimi ən vacib funksiyaları orda tapa bilmədim, 4-5 saat axtarışdan sonra bəzilərini dolayı yol ilə bəzilərini isə addonla quraşdırdım




Daxil olduğunuz saytlarda,  bir mətni seçib, üzərində sağ düyməni seçdikdə, birbaşa həmin mətinə olan linki kopyalaya bilərsiniz. Həmin linki başqa istifadəçiyə göndərdikdə, ümumi sayt açılacaq və avtomatik həmin mətn işıqlanacaq





Firefox brauzerində sevimli saytlara əlavə etdiyiniz keyword açar sözü funksiyasını google chrome brauzerində bu bölmədən tapa bilərsiniz
Tez-tez daxil olduğunuz saytlar varsa,  həmin sayta 2-3 hərf açar sözü əlavə etmək işinizi çox asanlaşdıracaq
Qeyd edimki, bu bölmədə yandex üçün açar sözü yaradıb, google yerinə orada 1 dəfəlik axtarış edə bilərsiniz




Bir çox brauzerlərdə standart olaraq gələn, yaxud ayarlarda rahatlıqla təyin edilə bilən, CTRL + TAB funksiyasını burda tapa bilmədim. Qeyd edimki bu funksiyası, son açdığınız 2 tab arasında keçidi təmin edir. Həll yolu yuxarıda şəkildə göstərilən əlavəni yükləməkdir

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar
играть онлайн казино на деньги