Docker Haqqında ilkin terminlər


virtualizationdocker
         Virtuallaşdırma (Vmware, Hyper-V)                               Docker

Yuxarıdaki şəkildən göründüyü kimi virtuallaşdırma üzərində hər hansı bir app vəya servis işə salınarkən 6 mərhələdə gedərkən docker üzərində 5 mərhələdə həyata keçirilir. Bu da daha az resurs, daha az maliyyət deməkdir.

Sadə dillə belə deyək ki hər bir virtual maşın özü ayrılıqda bir əməliyyat sisteminə malikdir və full səviyyədə də resurs istəyir. Lakin docker konteynelər hər biri sadəcə host maşınımızın əməliyyat sistemindən istifadə edir əvəzində lazımi servisləri konterynerlər üzərində çalışdırır.

Docker və Virtual maşınlar arasında olan fərqə kiçik bir cədvəldə baxaq
docker and vm
Məqaləmiz ən az docker nədir nəzəriyyəsini bilənlər üçün nəzərdə tutulmuşdur. Google üzərində araşdıraraq kifayət qədər docker nədir , nə cür bir virtuallaşdırma edir tapa bilərsiniz.

İndi isə gələk əsas hissəyə.
Docker konterynerləşdirməsi zamanı istifadə olunan əsas terminlər və əmrlərlə bu bölümdə tanış olacağıq.

Motivasiya
Terminlər haqqında daha rahat anlayış sahibi olmaq üçün bu terminləri bildiyimiz Vmware və yaxud digər virtuallaşdırma platformalarına alternativlərlə anlatmağa çalışacağıq.
Başlayaq :)

Container - Containerlər Docker mühitində hər hansı bir servis verən bir virtual maşını təmsil edir. Yəni məsələn Hyper-V üzərində bir vm qaldırmamıza alternativ olaraq biz Docker üzərində bir container yaradırıq.

Docker İmager – Bu bizim Virtuallaşdırma mühitlərimizdə İSO fayllara qarşılıqdır. Docker üçün hər hansı bir docker image yükləmək Virtuallaşdırmada vm üzərinə bir əməliyyat sistemi yükləməyə bərabərdir. Lakin bunları eyniləşdirmək olmaz.

Dockerfile Docker file-I bir xml kimi düşünə bilərsiniz. Hər hansı bir image-ın içindəki konfiqurasiyalar və sanki source code-u bu faylda saxlanılır.

Docker Engine (Daemon) – Bu bütün prosesləri edən bir vasitədir. Başlanğıc layer-də yer alan və bütün etdiyimiz əməliyyatları yerinə yetirən bir mühərrikdir. Məsələn hər hansi docker əmri verən zaman bu əmri həyata keçirən docker engine-dir. (Docker Daemon da adlandırılır)

Docker CLI (Command line interface) – Əmrləri icra edən bir platformadır. İstifadəçinin Docker Daemon ilə əlaqəsi üçün lazımi əmrləri özündə birləşdirir. Reyestrdən yeni bir image yükləmək, yeni bir konteyneri Image-dan çıxarmaq, işləyən Konteynerin dayandırılması, yenidən başlanması, konteynerlərə prosessor və RAM məhdudiyyətlərinin təyin edilməsi və Docker Daemon-a əmrlərin verilməsi üçün məsuliyyət daşıyır. Sanki powershell üzərində (və yaxud linux) script yazmaq kimi command line.

Docker Registry – Docker üçün olan bütün hazır İmage fayllar burada yerləşir. Başa düşmək adına deyəlim ki Windows üçün İSO faylı necə ki Microsoftun saytına daxil olub yükləyirik. Eyni proseduru docker üçün Registry-dən yükləyirik. Yəni Docker üçün İmage-lar registry-də depolanır

Docker yükləmək.
Docker həm Linux kernel OS-lər üçün həm də Windows sistemlərinə qurula bilər. Biz indi centos üzərində docker necə qurulur baxacağıq və bir neçə əmrlərə tanış olacağıq.
İstifadə edəcəyimiz Əməliyyat sistemi - centos 7
Öncəliklə Docker necə quracağıq ondan başlayaq.

1.Docker üçün bir repo yükləməyimiz lazımdır ki konfiqurasiya fayllarımız bu repositoryde depolansın
$ yum install -y yum-utils
$ sudo yum-config-manager \ --add-repo \ https://download.docker.com/linux/centos/docker-ce.repo

2. Docker yüklənməsi
$ yum install docker-ce docker-ce-cli containerd.io

3. Docker artıq sistemimizə yüklənmişdir. İndi isə onu başlatmaq lazımdır.
$ systemctl start docker

4.Dockerin doğru şəkildə yükləndiyinə əmin olmaq üçün hello world image-ni çalışdıraq
$ docker run hello-world

Docker
Bu şəkildə bir görüntü ekranı çıxdısa deməkki docker doğru yüklənmişdir.

Docker info əmrini verərək docker məlumatlarına ətraflı baxa bilərsiniz.
$ docker info

Məqalənin birinci hissəsi bu qədər. İkinci hissədə image yükləmək və containerdə çalışdırmaq kimi bəzi praktik hissələrə baxacağıq. Hələlik

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar