Google şirkəti insanın ölümünü öncədən proqnozlaşdıran alqoritm yaradıb



    Google əməkdaşları insan səhhətinin vəziyyətini analiz edərək onun ölüm tarixini müəyyən edən aılqoritm yaradıblar. Bu barədə Bloomberg saytı xəbər verib. Sistem artıq test mərhələsindən də keçib. Belə ki, yaradılmış alqoritm döş xərçəngi xəstəliyinin sonuncu mərhələsindən əziyyət çəkmiş bir qadının ölümünü öncədən müəyyənləşdirmişdi. Həmin qadını xəstəxanada müayinə etmiş həkimlər onun ölümünü 9.3% nisbətində proqnozlaşdırmışdılar. Google tərəfindən yaradılmış alqoritm isə daha nikbin proqnoz (19.9%) vermişdi. Nəticədə həmin qadın bir neçə gündən sonra vəfat etmişdi.

    Tərtibatçılar əmindirlər ki, yaradılmış yeni alqoritm həkimlərin işlərində onlara yardımçı olacaq və xəstəliklərin daha dəqiq təyin olunmasında böyük rol oynayacaq. Qadının ölümü barəsində hesabatı şirkət May ayında vermişdi. Hesabatda həmçinin neyron şəbəkələrinin tibb sahəsindəki potensiallarından bəhs edilir. Google onu da bildirib ki, yaradılmış yeni sistem nəinki təkcə xəstələrin ölümlərini proqnozlaşdıra həmdə onların yenidən xəstəxanaya gələrək həkimə müraciət etmə şanslarını və xəstəxanada qalma müddətlərini də təyin edə bilər. Proqnozların tərtib olunması üçün sistem bir sıra məlumatlardan istifadə edir. Məsələn xəstənin etnik mənsubiyyəti, cinsi, daha əvvəlki diaqnozları, laboratoriya tədqiqatlarının nəticələri və s. Sistem həmçinin proqnozun tərtib olunmasında əsas yardımı göstərmiş məlumatı da qeyd edir.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar