Bu il təqdim olunacaq 3 iPhone modelinin ölçüləri məlum olub və müqayisə edilib (VİDEO)



    Nüfuzlu Mac Otakara saytı bu il təqdim olunacaq 3 iPhone modelinin maketlərinin əks olunduğu videonu təqdim edib. Həmin videoda təqdim olunacaq iPhone modellərinin ölçüləri müqayisə olunub. Videodakı maketlər Asiyanın istehsalçı şirkətlərinin əllərinə keçmiş çertyojlar əsasında hazırlanıb. Beləliklə iPhone X-in bu ilki versiyası növbəti ölçü özəlliklərinə sahib olacaq: 143.65 mm uzunluq, 72.03 mm en və 7.69 mm qalınlıq. Bu məlumatlardan belə nəticəyə gəlmək olar ki, yeni iPhone X keçən ilki versiyadan 1.1 mm daha enli olacaq.

    İstisna deyil ki, bu nəticə çertyojda mümkün ola bilən kiçik səhv ucbatından da əmələ gəlsin. 6.4 inç OLED ekrana sahib olacaq böyük iPhone modeli isə növbəti ölçü göstəricilərini əldə edəcək: 157.53 mm uzunluq, 77.44 mm en və 7.85 mm qalınlıq. iPhone X Plus həminki ötürücü ölçülərinə sahib olacaq. Bu isə o deməkdir ki, onun kamerası keçən ilki iPhone X-dəki kimi olacaq. 6 inç ekrana sahib olacaq iPhone modeli növbəti ölçüləri özündə birləşdirəcək: 150.91 mm uzunluq, 75.72 mm en və 8.47 mm qalınlıq. Bu, əvvəlki iki model iPhone arasında olan orta ölçü göstəriciləridir.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar