Samsung şirkəti öz smartfonları üçün əyilə bilən batareyalar üzərində çalışır



    Samsung şirkəti öz əyilə bilən smartfonlarını əyilə bilən batareyalar ilə təchiz edəcək. Bu barədə The Next Web saytı xəbər verib. Məlumata əsasən şirkət artıq 3000-6000 mAh-lıq bu cür batareyaların prototiplərini hazırlayır. Məlumatda qeyd olunub ki, Samsung mühəndisləri çoxlu sayda əyilə bilən batareyaların istehsalat yolunu tapıblar. 4 il bundan öncə Samsung-un daxilində olan Samsung SDI şirkəti 210 mAh enerji tutumlu əyilə bilən batareya təqdim etmişdi.

    Lakin həmin vaxtda olmuş texniki məhdudiyyətlər səbəbilə batareyanın həcmini çoxaltmaq mümkün deyildi. Bu qədər müddətdən sonra isə Samsung SDI şirkəti artıq 3000-6000 mAh enerji tutumlu batareyalar hazırlayır. Çox güman ki, sözügedən batareyalar 2019-cu ildə təqdim olunacaq Galaxy X smartfonlarında təchiz olunacaq. Galaxy X modelinin görünüşcə necə olacağı barəsində hələki heç bir məlumat yoxdur. Qeyd etmək lazımdır ki, Samsung şirkəti 2011-ci ildən bəri əyilə bilən smartfon hazırlamağa çalışır.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar