Huawei şirkəti əyilə bilən smartfonu Samsung'dan tez təqdim edəcək



    Bir neçə müddət bundan öncə məlumat yayılmışdı ki, Samsung şirkətinin əyilə bilən Galaxy X modeli gələn ilin əvvəlində təqdim olunacaq. İndi isə məşhur Nikkei mənbəsinin məlumatına əsasən Huawei şirkəti geri qalmamağı və ilk əyilə bilən smartfonu Samsung-dan əvvəl təqdim etməyi qərara alıb. Məlumata əsasən Huawei üçün elastiki OLED ekranları Çinin BOE Technology Group şirkəti istehsal edəcək. İki şirkət arasındakı müqaviləyə əsasən 30.000 ədəd elastiki OLED ekran istehsal olunacaq.

    Bu isə o deməkdir ki, Huawei tərəfindən təqdim olacaq ilk əyilə bilən smartfon partiyası heç də böyük olmayacaq. Onları ilk olaraq satışa çıxartmaqda məqsəd isə rəqiblərdən tez davranmaq və jurnalistlər ilə istifadəçilərin diqqətlərini cəlb etməkdir. Huawei şirkətinin ilk əyilə bilən smartfonlarının mənfi cəhətləri arasında isə elastiki OLED ekranların aşağı keyfiyyətdə ola biləcəkləri qeyd olunur. Belə ki, BOE Technology Group şirkətinin istehsal etdiyi OLED ekranlar Samsung DisplayLG Display şirkətlərinin istehsal edikləri ekranlardan keyfiyyətcə aşağıdırlar. Şirkətin ilk əyilə bilən smartfonunun təqdimatı gələn ilin ilk rübünə planlaşdırılır.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar