Hacker smartfonların hack olunmasına imkan verən üsulları 50 milyon dollara satmağa çalışıb



    Bir neçə müddət bundan öncə iOS Android smartfonların hack olunması ilə məşğul olan NSO Group şirkətinin (İsrail şirkəti) işlək alqoritmləri internetdə yayılmışdı. Forbes saytının verdiyi məlumata əsasən bu sızıntının günahkarı şirkət əməkdaşı olub. NSO Group kimi şirkətlər əsasən hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edirlər. Lakin bəzən onlar qanunun digər tərəfindən olan şəxslərə də yardımçı olurlar. Hər halda İsrail şirkətinin əməkdaşlarından biri belə bir şey etmək istəyib.

    Belə ki, NSO Group şirkətinin sirlərinin satılmasında şirkətin baş proqramçısı günahlandırılır. Onun adı hallanmasa da 38 yaşında olduğu bildirilib. Öz vəzifə səlahiyyətlərindən istifadə edərək həmin şəxs öz kompüterindəki təhlükəsizlik sistemini deaktiv edib və smartfonların hack olunması üçün nəzərdə tutulmuş üsulların kodlarını xarici sərt diskə kopyalayıb. Daha sonra həmin şəxs hacker mənbələrində sözügedən gizli məlumatların satılması barədə elan yayıb. Həmin məlumatlara görə sözügedən şəxs 50 milyon dollar tələb edib.

    Potensial alıcılardan biri İsrailin Ədliyyə Nazirliyinin əməkdaşı olub. Lakin çox qısa müddət ərzində şirkətin həmin keçmiş əməkdaşı yaxalanıb və onun oğurlamış olduğu mıəlumatlar geri qaytarılıb. Şirkətin məlumatları üçüncü tərəfə verilməyib və hansısa digər mənbələrdə yerləşdirilməyib. Bundan əlavə olaraq şirkətin müştəriləri barəsində məlumatlar da toxunulmaz olaraq qalıb. Bununla yanaşı yaxalanmış şəxs ölkə təhlükəsizliyinə zərərin vurulması niyyəti üzrə də günahlandırılıb. Belə ki, İsrailin hərbi qüvvələri NSO Group tərəfindıən yaradılmış texnoloji üsullardan istifadə edir.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar
Olimp Casino