Xiaomi Mi Mix 3-ün yeni real fotoları sızdırılıb



    Son bir neçə gün ərzində Xiaomi Mi Mix 3 flaqman modeli barəsində bir çox məlumat ortaya çıxıb. Onlardan bəziləri şayiə olsa da, bəzi istifadəçilər sözügedən smartfonun real fotolarını təqdim edirlər. Bu cür fotolar isə bizlərə həmin smartfon barəsində bir xeyli məlumat verir. Yayılmış yeni fotolar bu smartfon barəsində internetdə gəzən əsas məlumatı təsdiqləyir. Belə ki, ekran tamamilə çərçivəsizdir və onun üzərində çıxıntı hissə yoxdur.


    Başqa sözlə desək, smartfonun dizaynı idealdır. Bununla yanaşı bu cür dizayn ön kameranın yuxarı hissədəki xüsusi platformada yerləşməsi ideyasına əlavə arqumentdir. Bundan əlavə olaraq barmaq izi skanı texnologiyası da gözə dəymir. Çox güman ki, şirkət həmin texnologiyanı birbaşa ekrana inteqrasiya edəcək. Bu texnologiya artıq Xiaomi Mi8 flaqman modelində istifadə olunur. Buna görə sözügedən texnologiyanın yeni flaqman modelində də olma ehtimalı çox yüksəkdir. Xiaomi Mi Mix 3-ün Sentyabr ayında təqdim olunacağı güman edilir.




Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar
best Valorant hacks