Amazon-un təsisçisi Jeff Bezos-un kosmik şirkəti olan Blue Origin-in New Shepard adlı kosmik gəmisi vasitəsilə kosmosa turistik uçuşun biletinin qiyməti 200.000$-dan başlayacaq. Bu barədə Reuters saytı xəbər verib. Saytın mənbələrindən biri qeyd edib ki, biletin qiyməti 200.000-300.000$ təşkil edəcək. Digər bir mənbə isə biletin yalnız minimal qiymətini (200.000$) açıqlayıb. Hələ keçən ay Bule Origin şirkətinin təmsilçiləri bildirmişdilər ki, New Shepard kosmik gəmisinin sərnişinlərlə birlikdə uçuş testlərinə yaxın zamanda start veriləcək, biletlərin satışları isə 2019-cu ildə başlayacaq.
Biletlərin gələcəkdəki qiymətləri barəsində isə şirkət heç bir məlumat verməyib. Teal Marco Caceres kosmik şirkətinin analitiklərinin hesablamalarına əsasən New Shepard kosmik gəmisinin hər bir uçuşu 10 milyon dollara başa gəlir. Analitiklərin fikrincə hətta 300.000$ qiymətli biletlərin satılması ehtimalında da uçuşlar şirkətin ziyanına olacaq. Qeyd etmək lazımdır ki, Blue Origin şirkəti New Shepard kosmik gəmisinin hələki 8 test uçuşunu reallaşdırıb. Bu test uçuşları zamanı şirkət uğurlu şəkildə kosmik gəminin şaquli startını və enişini reallaşdırıb. Lakin bu test uçuşlarında heç bir sərnişin iştirak etməyib. Güman olunur ki, növbəti test mərhələlərində sərnişinlərin qismində Blue Origin əməkdaşları çıxış edəcəklər.