Marsda həyatın olmasına daha bir ümid: Marsda maye şəklində su aşkar edildi



    Bir neçə alimdən ibarət qrup Mars planetinin səthində maye şəklində suyun tapılması barəsində xəbər verib. Belə ki, alimlər planetin cənub hissəsində buzlaqların altında böyük göl aşkar ediblər. Qeyd etmək lazımdır ki, Marsda suyun tapılması mövzusu alimlər üçün ən vacib məsələlərdən birinə çevrilib. Belə ki, suyun tapılması planetin səthində potensial həyat mühitinin olması və gələcəkdə Marsın insanların kolonizasiyası üçün münbit şərait təqdim etməsinə sübut ola bilər.

    Mars səthinin tədqiqatı üçün Mars Express peykinin MARSIS adlı radiolokasiya cihazından istifadə edilib. Planetin tədqiqatına 3 il vaxt sərf olunub. Bu müddət ərzində alimlər planetin cənub qütbünün müəyyən hissəsinin fotolarını çəkir və radarların məlumatlarını analiz edirdilər. Bu tədqiqatların nəticəsində alimlər xəbər veriblər ki, onlar planetin səthindən 1.5 km dərinlikdə maye şəklində böyük göl aşkar ediblər. Təqribi hesablamalara görə aşkar edilmiş gölün diametri 20 km, dərinliyi isə bir neçə santimetrdir.


    Aşağı temperatur göstəricilərinə baxmayaraq həmin göl donmuş vəziyyətdə deyil. Belə ki, həmin ərazidə böyük təzyiq var və ya gölün özü planet torpağı ilə qarışıb. İndi isə alimlər öz tapıntılarını təsdiqləməlidirlər. Bunun üçün InSight missiyası işə salınıb. Həmin missiya çərçivəsində Marsa xüsusi aparat göndərilib. Sözügedən aparat torpağı qazaraq temperaturu ölçəcək. Bu isə öz növbəsində suyun bu cür dərinlikdə maye şəklində qalıb-qalmamasını müəyyən etməyə yardımçı olacaq.



Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar