Samsung şirkəti ABŞ-ın rəsmi orqanları tərəfindən sertifikatlaşdırılmış yüksək dözümlü OLED ekranların yaradılması barəsində xəbər verib. Beləliklə sözügedən OLED ekranlar prototip və ya təcrübi məhsul deyil. Həmin ekranlar artıq yaxın zamanda bazara çıxarılacaq hazır məhsullardır. Samsung Display şirkəti tərəfindən hazırlanmış yeni OLED ekranlar təkcə smartfonlarda deyil, avtomobil panellərində, hərbi məqsədlər üçün istifadə olunan mobil cihazlarda, portativ oyun konsollarında və planşetlərdə istifadə oluna bilərlər. Yeni OLED ekranların tərkibi plastikdən hazırlanıb. Bununla belə onlar çox yüngül və dözümlüdürlər.
Bununla yanaşı onlar adi şüşənin göstəricilərindən geri qalmırlar. Yeni OLED ekran artıq 1.2 metr hündürlükdən 26 dəfə düşüş testindən keçib. Həmin test nəticəsində ekran ön, arxa və kənar tərəflərdən heç bir zədə almayaraq normal funksionallıq özəllikləri sərgiləyib. Ekran həmçinin yüksək (71 dərəcə) və aşağı (-32 dərəcə) temperatur testlərindən də keçib. Temperatur testlərindən də ekran uğurla keçib. Bütün bunlardan əklavə olaraq Samsung şirkəti yeni ekranı hətta 1.8 metr hündürlükdən düşüş testindən də keçirdib. Bu test də uğurla nəticələnib. Növbədə ABŞ-ın Müdafiə Nazirliyi tərəfindən tərtib olunmuş bəzi hərbi standartları özündə birləşdirən bir sıra testlər var.