Samsung şirkəti smartfonlar üçün özünün 5G modemini təqdim etdi



    Samsung şirkəti mobil cihazlar üçün nəzərdə tutulmuş 5G modemini hələ bu ilin əvvəlində CES 2018 tədbirində bağlı qapılar arxasında təqdim etmişdi. Lakin həmin vaxtda şirkət modemin nə zaman bazarda satışa çıxarılacağı barəsində məlumat verməmişdi. Şirkət sonunda rəsmi olaraq 3GPP (3rd Generation Partnership Project) standartlarını dəstəkləyən Exynos Modem 5100 adlı 5G modemi anons etdi. Yeni modem 10 nanometrlik texnoloji proses əsasında hazırlanıb və 2G GSM / CDMA, 3G WCDMA, TD-SCDMA, HSPA, 4G LTE kimi artıq köhnəlmiş standartları da dəstəkləyir. Samsung-un verdiyi məlumata əsasən yeni modem 6 GHz tezliklərdə saniyədə 2 Gbit, mmWave tezliklərdə isə saniyədə 6 Gbit yükləmə sürəti təmin edə bilər. Şirkət həmçinin qeyd edib ki, Exynos 5100 5G modemi bu ilin sonuna kimi bazarda satışa çıxacaq. Beləliklə bu anons öz növbəsində 5G smartfonların hazırlanma və istehsal sürətini artırmalıdır.

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar