'Sonuncu dalan' kompüter oyununda böyük bir yenilənmə olundu



Azərbaycan oyun studiyası AzDimension tərəfindən yaradılmış "The Last DeadEnd" kompüter oyunu üçün böyük yenilənmə olundu.

Kompüter oyununda, onun keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıran, mühüm, həmçinin oyunçular üçün az nəzərəçarpan dəyişikliklər olundu. Dəyişikliklər zamanı oyunun yaradıcıları tərəfindən oyunçuların sosial şəbəkələrdə paylaşdıqları şərhlərindəki istək və tövsiyəlləri nəzərə alınmışdır.

Oyunda olunan ən böyük yeniləmə bir neçə səviyyələrdən ibarət olan "sağ vəziyyət rejimi"nin əlavə edilməsidir.

"Sağ vəziyyət rejimi" nin üç növü var: düşmənlərin bir neçə "dalğasını" keçmək, müəyyən bir zaman ərzində bütün düşmənləri öldürmək və nəhayət, mümkün qədər uzun müddət sağ qalaraq, yaşamaq üçün çalışmaq.

Oyunun başlanğıcına onun görüntüsünü əhəmiyyətli dərəcədə yaxşılaşdıran, yeni bir səviyyə “action” əlavə edildi.

Bu yeniləmələr, oyun üçün sərf oluna biləcək ümumi vaxtı artırmış oldu. Oyunun oyun balansı da təkmilləşdirilmişdir: soyuq silahlardan vuruşlar yaxşılaşdırılmış, həmçinin iki düşmən üçün döyüş mexanizmi tamamilə yenilənmişdir.


Çox gəzmək istəməyən və dərhal döyüşə başlamaq istəyən oyunçuların istəklərini nəzərə alınaraq, naviqasiya asanlaşdırılmış və hədəfə qədər olan məsafə hər səviyyəyə əlavə edilmişdir. Oyunun tənzimləmələrinə V-Sync və siçan inversiyasını aktivəşdirmək imkanı əlavə edildi. Bundan əlavə, oyunun bütün səviyyələrində qrafika yaxşılaşdırılmışdır. Mətnlərdəki bəzi səhvlər və xırda nasazlıqlar düzəldilmişdir. Həmçinin bəzi səviyyələrdə səs effektləri təkmilləşdirilmişdir. Türkiyədə göstərilən böyük marağı nəzərə alaraq, üç əsas dildən başqa Türk dilində subtitrlər əlavə edilmişdir.

“Sonuncu dalan” (ingilis dilində "The Last Dead End") atıcı və dəhşət elementləri olan macəra janrında bir oyundur.

Beynəlxalq bir televiziya kanalı üçün film çəkilişinə köməklik etmək üçün vətəninə qayıdan gənc alim Fərhad Novruzovun adından çıxış edirik. Burada o, qədim Zərdüştlük dini ilə bağlı izaholunmayan hadisələrlə qarşılaşır. Alim, onu nə gözlədiyini öyrənməlidir.

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar
INTERNATIONAL YUAN