Facebook şirkəti BlackBerry'ni yenidən məhkəməyə verdi: Səbəb nədir?



    Facebook sosial şəbəkəsi BlackBerry şirkətini səsli mesajların göndərilməsi ilə bağlı texnologiyalar üzrə 6 patentin pozulmasına görə məhkəməyə verib. Facebook şirkəti BlackBerry-yə qarşı San Fransiskonun federal məhkəməsində iddia qaldırıb. Hər iki şirkətin təmsilçiləri bu barədə hələki heç bir fikir bildirməyiblər. Qeyd etmək lazımdır ki, Facebook bundan öncə də BlackBerry şirkətini texnologiyaların oğurlanması üzrə günahlandırırdı. Belə ki, bu ilin yaz fəslində sosial şəbəkə mesajların göndərilməsi ilə bağlı yaratdığı texnologiyadan qanunsuz istifadə üzrə BlackBerry şirkətini məhkəməyə vermişdi. Facebook həmçinin BlackBerry-ni audio, video və foto göndərilməsi barəsində texnologiya oğurluğunda da günahlandırıb. BlackBerry isə öz növbəsində Facebook-u təhlükəsizlik sahəsində intellektual mülkiyyətin istifadəsi qaydalarının pozulmasında günahlandırırdı.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar
Purchext