Nokia 9-un yaxın müddət ərzində satışa çıxması məlumatı heç gözlənilməz bir mənbə vasitəsilə ortaya çıxdı. Belə ki, məlumat Latviyanın Samsung cihazları üçün nəzərdə tutulmuş trade-in saytında aşkar edilib. Saytda qeyd olunub ki, istifadəçi hələ təqdim olunmamış Nokia modelini gətirərək növbəti Galaxy modelinə 292 avro dəyərində endirim əldə edə bilər. Bu cür endirim Nokia 9-un iki SIM kart ilə 128 GB daxili yaddaş versiyası üçün təqdim olunur. Həmçinin 64 GB daxili yaddaşa sahib versiya da mövcuddur. O da həmçinin iki SIM kart dəstəyinə sahibdir. Samsung şirkəti bu cür məlumata necə sahibdir? Bir sıra mənbələrin fikrincə bu məlumat köhnə model cihazların emalı ilə məşğul olan şirkətdən gəlib. Bu cür şirkətlər emal edilməsi potensial olan cihazların siyahısını tutmaq ilə məşğul olurlar. Təbii ki, Nokia 9 modelinin bu siyahıya əlavə edilməsi bir qədər vaxtından tez olub.