San Fransisko ətrafında yerləşən Mill-Velli şəhərinin hakimiyyəti yaşayış zonalarında 5G qüllələrinin yerləşdirilməsini məhdudlaşdırıb. Buna səbəb isə yeni nəsil şəbəkə texnologiyasının insan səhhətinə zərər verməsi qorxusu olub. Belə ki, şəhər sakinləri qorxurlar ki, 5G texnologiyası xərçəng xəstəliyinin yaranmasına səbəb ola bilər. Qeyd etmək lazımdır ki, 5G vasitəsilə internetə saniyədə 1 Gbit sürətlə qoşulmaq olar. Bu isə LTE şəbəkələrindəki göstəricilərdən 3 dəfə çoxdur. Plana əsasən 5G şəbəkəsindən əşyaların interneti konsepsiyası üzrə yüz minlərlə ötürücülər və bununla yanaşı kənd təsərrüfatı texnikası, pilotsuz avtobuslar və avtomobillər istifadə edəcəklər.
Bununla belə bəzi alimlərin fikrincə 5G şəbəkəsi insanlara 1 mm uzunluqlu dalğalar və ya qısadalğalı radiasiya ilə təsir edir. Mill-Velli şəhərinin hakimiyyətinin qərarına əsasən 5G şəbəkə qüllələri yalnız şəhərin iş və ticarət ərazilərində quraşdırıla bilər. 14.000 insanın yaşadığı bu şəhərin sakinlərindən sözügedən qüllələrin yaşayış zonalarında quraşdırılmasına qadağa tələbini özündə əks etdirən 143 məktub bu cür qərarın qəbul olunmasına səbəb olub.Qeyd etmək lazımdır ki, bu cür qadağalar həmçinin Kaliforniya ştatının digər şəhərlərində də qüvvəyə minib.