Məşhur Instagram servisinin yaradıcıları Kevin Systrom və Mike Krieger, Facebook şirkətindən ayrılmaq qərarını elan ediblər. Bu barədə onlar servisin rəsmi bloqunda bildiriblər. Systrom və Krieger bildiriblər ki, onlar 8 il ərzində Instagram-da çalışıblar. Onlardan 6 ili isə Facebook daxilində keçib. Lakin onların Facebook-dan hansı səbəbə görə ayrılmaları qeyd olunmayıb. İndi isə onlar dincəlməyi və nələrin onları ilhamlandırdıqlarını öyrənməyi planlaşdırırlar.
Qeyd etmək lazımdır ki, Kevin Systrom Instagram-ın CEO vəzifəsində, Mike Krieger isə texniki direktor vəzifəsində çalışırdı. Məlumata əsasən onlar şirkətdən ayrılmaq barəsində xəbəri 24 Sentyabr tarixində Facebook və Instagram rəhbərliyinə bildiriblər. Bloomberg-in verdiyi məlumata əsasən Instagram-ın təsisçilərinin şirkətdən ayrılmaqlarının səbəbi Mark Zuckerberg ilə fikir ayrılığı olub. Belə ki, son vaxtlarda Mark fotoservisin işinə həddindən çox qarışıb. Facebook 2012-ci ildə Instagram-ı 1 milyard dollara almışdı. Fotoservisin özü isə 2010-cu ildə təsis edilmişdi.