Məşhur messencerin yenilənmiş versiyası istifadəçi interfeysi baxımından bir sıra yeni özəlliklərə sahib olacaq. Məsələn səsli mesajların avtomatik olaraq işə düşməsi və messencerdə Dark Mode rejiminin (messecerdəki fonun qara rəngdə olması) olması. Lakin Whatsapp tərtibatçıları bu yeni funksiyalarda dayanan deyillər. Belə ki, messencer istifadəçilər tərəfindən son illər ərzində ən çox gözlənilən funksiyalar üzərində çalışır. Söhbət, messencerin Touch ID və Face ID-ni dəstəkləməsi funksiyasından gedir.
Smartfonlarda olan biometrik skan funksiyalarının messecerdə də dəstəklənməsinin hal hazırda testi gedir. Beləliklə yaxın zamanda messencerin konfidensiallıq ayarlarına Touch ID dəstəyi əlavə ediləcək. Əgər sizin smartfonunuz Face ID texnologiyasını dəstəkləyirsə, onda konfidensiallıq ayarlarına həmçinin Face ID dəstəyi də əlavə ediləcək.
Əgər siz biometrik təhlükəsizlik sistemini messencerdə aktiv etsəniz, hər dəfə messencerə daxil olduğunuz zaman Touch ID vasitəsilə barmaq izi skanı və ya Face ID vasitəsilə istifadəçi üzünün skanı prosesindən keçməli olacaqsınız. Əgər biometrik skan texnologiyaları bu halda çalışmasalar, messencer sizdən smartfonu blokdan çıxaran zaman istifadə olunan şifrənin daxil edilməsini tələb edəcək. Bununla yanaşı məlumata əsasən istifadəçinin şifrəsi və ya barmaq izinin məlumatı Whatsapp-a ötürülməyəcək. Bu funksiyanın nə zaman iOS və Android istifadəçiləri üçün aktiv ediləcəyi hələki bilinmir.