27 İyul tarixində qeyri-adi Ay tutulması baş verəcək



    27 İyul tarixində qeyri-adi Ay tutulması baş tutacaq. NASA-nın verdiyi məlumata əsasən bu, 21-ci əsrin ən uzunmüddətli Ay tutulması olacaq. Bəzi insanlar bu hadisəni 1 saat 43 dəqiqə ərzində izləyə biləcəklər. Ay tutulması, Yer kürəsinin Günəş ilə Ayın arasında olan zaman baş verir. Bu vəziyyətdə Ay Yer kürəsinin kölgəsində qalır. Yəni kosmik obyektlər bir sırada dururlar. Ümumilikdə bu kosmik hadisə 3 saat 55 dəqiqə davam edəcək. Məhz bu qədər müddət ərzində Ay Yer kürəsinin kölgəsindən keçəcək. Ay tutulmasını bəzən “Qanlı Ay” adlandırırlar. Bunun isə səbəbi tutulma zamanı Ayın alqırmızı rəngə çevrilməsidir. Tam Ay tutulmasını demək olar ki, hər bir yerdən seyr etmək mümkün olacaq. Bu hadisəni müşahidə etmək üçün isə teleskopa ehtiyac yoxdur.




Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar