Alipay artıq dünyanın ən böyük online və mobil ödəniş sistemidir



Çinli "Alibaba qrupun " online və mobil ödəniş sistemi Alipay, 450 milyon istifadəçiyə çataraq, dünyanın ən böyük online və mobil ödəniş sisteminə çevrildi. Şirkətin elan etdiyi yeni razılaşmalarla Avropanın ən böyük maliyyə qurumları ilə yeni iş ortaqlıqlarına gedərək, əhatə dairəsini də Avropaya qədər genişlətmiş oldu.

Satış nöqtələri artıq Alipay ödənişlərini də qəbul edir

Avropada  "BNP Paribas ", "Barclays ", "UniCredit "  "SIX Payment Services " ilə razılaşmalar vasitəsilə, 930 min ticari qurum Alibaba-nın mobil və online ödəniş sisteminin Avropa şəbəkəsinə qatılmış oldu. Ödəniş sisteminin istifadəçiləri artıq Avropadakı satış nöqtələrində, telefonlarına gələn QR kodları skan etdirərək, satış əməliyyatını tamamlaya biləcəklər. Alipay-ın "Discovery” xüsusiyyəti vasitəsilə, Çin xaricinə səyahət edən Çin vətəndaşlarının alışveriş edə biləcəkləri yeri daha asan kəşf etməklərinə də şərait yaradılır.

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar