Ebay, Aliexpress saytlarında alış-verişə hansı halda vergi tətbiq olunur? (YENİLƏNDİ)



Son günlərdə internetdə geniş müzakirə mövzusu olan xarici ödəmələrə tətbiq olunacaq ƏDV vergisi ağıllarda sual yaratmaq üçün kifayət etdi.

Vergilər Nazirliyinin rəsmi saytında yerləşdirilən məlumatda Vergi Məcəlləsinə 2017-ci ildən qüvvəyə minəcək dəyişikliklər barədə məlumat yayımlanıb. Dəyişikliklərə əsasən məcəllənin 168.1.5, 169.1, 169.3 maddələri virtual aləmdə ƏDV-nin tətbiqini tənzimləyir. Otel xidmətləri və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla digər xidmətlərə görə xaricə edilən ödənişlərə ƏDV tətbiq olunacaq.

Bu dəyişikliyə diqqət edəsi olsaq, o zaman fiziki məhsulların alış-verişi zamanı 18% ƏDV-nin tətbiq olunmayacağını görə bilərik. Yəni, çox saylı sosial şəbəkə istifadəçilərinin paylaşımlarında qeyd etdikləri kimi Ebay, Amazon, Aliexpress və s. kimi saytlardan alınan məhsullar üçün 18% ƏDV-nin tətbiq edilməsi xəbəri əsassızdır.


Lakin biraz daha dərinə gedərək kiçik bir xırdalığı nəzərinizə çatdırmaq istəyirik. Beləki, yeni dəyişikliklərə əsasən Azərbaycan Respublikasının rezidentləri tərəfindən qeyri-rezident şəxslərə məxsus elektron pul kisəsində yaradılan hesaba pul köçürülərkən, əməliyyatı həyata keçirən Bank həmin rezidentdən köçürülən məbləğin 10 faizi miqdarında ödəmə mənbəyində vergi tutur. Bu hala misal olaraq : Azərbaycan vətəndaşının, xarici bir vətəndaşın PayPal hesabına pul köçürməsini nəzərdə tuta bilərik. Bu köçürmənin səbəbindən asılı olmayaraq, ödənişin 10%-i pul köçürənin hesabından vergi olaraq tutulacaqdır.


Ebay Aliexpress kimi saytları nümunə götürəcək olsaq isə, alıcılar, 18% ƏDV-nin tətbiq olunmayacağı bu saytlarda, 10%-lik vergiyə cəlb olunacaqlar. İzah edəsi olsaq, ödənişlərini kredit / depozit kartıyla edən istifadəçilər, ödəniş zamanı uyğun olaraq PayPal AliPay-in merçant sistemindən istifadə olunduğu üçün 10%-lik vergini ödəmək məcburiyyətində qalırlar.




Vergilər Nazirliyindən və Banklardan birindən aldığımız məlumata əsasən, alıcıların məhsul sifariş verdikləri Ebay və Aliexpress saytlarının ödənişi müvafiq olaraq PayPal və Aliexpress vasitəsilə reallaşdırılsa da, bank ödəniş əməliyyatı zamanı məhsulların bu saytlardan alındığını və PayPal ilə Aliexpress-in bu ödənişdə sadəcə merçant rolu oynadığını təyin edə bilir. Beləliklə, alışveriş zamanı 10%-lik vergi tutulmur və bu vergi tutulması sadəcə Pul kisələrinə birbaşa ödəniş zamanı tutulur. 

Yeni dəyişikliklərin bəzi istifadəçilər tərəfindən tam olaraq anlaşılmaması səbəbindən sosial şəbəkələrdə fərqli şərhlər görə bilirik. Ümid edirik, qısaca olaraq izah etməyə çalışdığımız bu iki məqam problemli müzakirələrin sonlanmasına səbəb ola bilər. 

Əlavə olaraq bir daha qeyd edək ki, bu haqda məlumatları Vergilər Nazirliyindən və Banklardan birindən almışıq.

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar