Qualcomm şirkəti noutbuklar üçün mobil prosessorlar bazarında ciddi şəkildə İntel-ə rəqib olmağı planlaşdırır. Windows 10 ilə işləyən noutbuklar üçün Snapdragon 850-in təqdimatından bir neçə gün sonra, Snapdragon 1000 çipsetinin gələcəyi ilə bağlı yeni məlumatlar əldə edilmişdir.
Snapdragon 1000-də yeni Cortex-A76 nüvələri 3 GHz-ə qədər maksimal sürətə malik olacaq və bu Cortex-A75-dən 35% daha yüksək göstəriciyə sahibdir.
Görünür, Snapdragon 1000-a əsaslanan noutbuklar yalnız yaxşı enerjiyə qənaətcilliyi ilə deyil, həm də yüksək performansı ilə seçiləcəklər.
Mənbə: gizmochina.com
Tərcümə etdi: Emil Ağayev [Xəbərdən istifadə edən zaman istinad edin]