75 dollara planşet su keçirməz plastik noutbuk


75 dollara planşet su keçirməz plastik noutbuk“Noutbukun istehsal ediləcəyini eşidən kompüter sənayesi iştirakçıları məhsullarının qiymətlərini endirəcək”

“XO” tədris noutbukunun işlənib hazırlanması ilə məşğul olan OLPC qeyri-kommersiya fondu “XO-3” kimi tanınan noutbukun inkişaf edən ölkələr üçün nəzərdə tutulmuş yeni versiyasını təqdim edib.

Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, qiyməti təqribən 75 dollar olacaq bu planşet sukeçirməz plastik kompüter əyilən sensor ekran və 8-nüvəli bir qiqahers tezlikli prosessorla təmin olunub.

Bu noutbuklar kütləvi istehsalına 2012-ci ilə başlanılacaq. Yeni qurğunun sensor ekranının ölçüləri 8,5x11 düym, enerji sərfiyyatı bir vatt-dan belə az, qalınlığı isə “iPhone”dan nazik olacaq.

Layihənin təsisçisi Nikolas Neqropontenin sözlərinə görə, noutbukun istehsal ediləcəyini eşidən kompüter sənayesi iştirakçıları öz məhsullarının qiymətlərini endirəcəklər.

Xatırladaq ki, OLPC tərəfindən təqdim olunan yeganə noutbukun qiyməti söz verildiyi kimi hələ də 100 dollaradək azaldılmayıb. Hazırda bu portativ kompüteri 172 dollara əldə etmək mümkündür.

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Pulsuz Apple
Pulsuz Kompyuter Nobeli
Biz sosial şəbəkələrdə
Sayğaclar