Siyasətçilər üçün sosial şəbəkə fəaliyyətə başlayıb
Bütün kompüter\playstation\telefona aid sualınızı yaza bilərsiniz
055 226 96 22
ABŞ milyarderi Şon Parker siyasətçilər üçün Brigade sosial şəbəkəsini təqdim edib.Yeni şəbəkənin dünyada insanlara Facebook-un yoluna qoya bilmədiyi problemlərin həllində kömək edəcəyi nəzərdə tutulur.Bildirilir ki, şəbəkədə siyasi xadimlərdən başqa sadə vətəndaşlar qeydiyyatdan keçərək istənilən məmura üzləşdiyi problemi həll etmək üçün müraciət edə bilər.Bundan başqa, sosial şəbəkənin bazasında qanunvericilikdəki dəyişikliklərin müzakirəsi üçün platforma mövcuddur. İstifadəçilər ölkədə tətbiq edilə biləcək bu və ya digər təşəbbüslərə səs verə bilərlər.Hazırda şəbəkədə maraqlar üzrə təxminən 90 qrup yaradan 13 minə yaxın sınaq istifadəçi qeydiyyatdan keçib. Perspektivdə belə birlik saf əqidəyə malik aktiv qrupa və ya yeni siyasi qüvvəyə çevrilə bilər.Şon Parkerin fikrincə, siyasətçilər üçün xüsusiləşmiş sosial şəbəkədə iştirak təkcə onların öz uğurlarını reklam etmək üsulu və ictimaiyyətə gördüyü işi nümayiş etdirmək deyil, həm də seçicilərin fikrini öyrənərək ölkədəki siyasi kursa düzəlişlər etməyə imkan verəcək.Həmçinin Brigade siyasətçilərə lazımi dəstəyi qazanmağa şərait yaradacaq.
Proqramlar, son yeniliklər telegramda