Qadın və şeytan haqqında İbrət Verici Bir Yazı


Qadın və şeytan haqqında İbrət Verici Bir Yazıİnsanlığın ilk var olduğu dövrdə, adamın biri şeytanı tutmağa qərar vermiş. Ancaq bunun üçün 40 il Tanrıya ibadət etməsi lazım gəlmiş. Arvadıyla, dostlarıyla və bütün dünyayla əlaqəsini kəsmiş, özünü ibadətə həsr etmiş. 40 il sonra Tanrı, ibadətinin qarşılığı olaraq ona ağızı bağlı bir şüşənin içində şeytanı təqdim etmiş.

Artıq azadmış adam. Dünyada nələr olub bitdiyini görmək, nələrin dəyişdiyini öyrənmək üçün səbrsizlənirmiş. Şüşəni arvadına təslim etmiş, ona yaxşı sahib olmasını söyləmiş və çölə çıxmış.

Qadıncığaz şeytanı çox maraq edirmiş. Və marağına məğlub olub şüşənin ağızını açmış və…

Açar açmaz da şeytan şüşədən atılıb çıxmış və gülməyə başlamış. "Marağına maneə ola bilmədin və ərin 40 illik əməyini boşa çıxardın" deyə lağ etmiş qadına. "Yox canım" demiş qadın. "Sən heç o şüşənin içində olmadın ki". "Necə bəyəm?" deyə qışqırmış şeytan. "Sən də gördün. Şüşədən çıxdım mən!" "Heç o şüşənin içində deyil idin, inanmıram buna. Necə kiçik şüşəyə girə bilərsən ki?" Başı atmış şeytanın. "Girim də gör!" demiş və yenidən şüşənin içinə girmiş. "İşdə belə."

Adamın şeytanı həbs etməsi 40 ilini, qadının isə yalnız 5 dəqiqəsini almış. Şeytan da belə üsyan etmiş Tanrıya: "TANRIM, MADAM QADINI YARADACAQDIN, O ZAMAN MƏNİ NƏ SƏBƏBƏ YARATDIN?"

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Dəli lətifələri
Lətifələr-2
Lətifələr-1
Biz sosial şəbəkələrdə
Sayğaclar