Fayl formatı nə mənanı verir? Bilinməyən bir fayl növünü necə işlədərəm?


Fayl formatı nə mənanı verir? Bilinməyən bir fayl növünü necə işlədərəm?Hər fayl, əməliyyat sistemi, onun komponentləri və digər proqramlar tərəfindən təyin olunmuş bir növdə yazılar. Fayl növü, söz mövzusu faylın digərləri içində hansı vəzifəyə sahib olduğunu göstərər. Faylın hansı növdə saxlanıldığını onun davamından anlaya bilərsiniz. Bu, ümumiyyətlə ədəd və hərflərdən ibarət olan üç xarakterlik bir qısaltmalardır və fayl adından "." ilə ayrılar. Haqqında danışılan "nümunə. doc" adlı bir fayldırsa burada "nümunə" faylın əsl adı, ".doc" isə davamıdır. ".doc" Word fayllarını işarələr. Buna görə də Word sənədləri doc-faylları olaraq adlandırılarlar.

Məsələn:
Word_faylım.doc
Musiqi_faylım.mp3
Video_faylım.avi
Şəkil_faylım.gif


Ən əhəmiyyətli fayl formatları hansılarıdır?
Windows əməliyyat sisteminin qurulduğu sistemlərdə bir çox əhəmiyyətli fayl növündən bəhs edilə bilər. Bunlar içində ən böyük qrupu sənədlər meydana gətirənlərdir. Bəhs edilən fayllar mətn, tabel, verilənlər bazası, şəkil kimi digər iş nəticələrini işləyən proqramlar tərəfindən hazırlanır. MsOffice büro paketindəki ".doc" və ".xsl" uzadılmalarıyla tanıya biləcəkləriniz Word və Excel faylları bunlardan sayıla bilər. Proqram faylları mətn və ya qrafika özlərində birləşdirməzlər. İçlərində kompüterin onlar açılarkən tək-tək tətbiq edəcəyi əmrlər iştirak edər. Proqram fayllarını ".exe" ".com" ".bat" və ya ".pif" uzadılmalarıyla tanıya bilərsiniz. Sistem faylları əməliyyat sistemini idarə etmək üçün lazımlıdır. Windowsun ən əhəmiyyətli sistem faylları ".sys" və ".dll" uzadılmalarına malikdir.


Bilinməyən bir fayl növünü necə işlədərəm?
Əslində bir sənədi yalnız müəyyən bir proqramla işlədə bilərsiniz. Amma bəzi növlər üçün bu o lazımlı proqram olmadan da reallaşdırıla bilər. Məsələn Word sənədlərinin (doc-Faylları) məzmunları Windows proqramlarına daxil olan Wordpadla açıla bilər. ".xls" fayllarına nəzər salmaq üçün http://officeupdatemicrosoft.com saytında ödənişsiz bir proqram tapa bilərsiniz. Mətnlər, qrafik faylları və digər fayl növlərini kompüterdə göstərmək üçün Windows Ön baxış variantı istifadə edilə bilər. Bunun üçün sağ siçan düyməsiylə istənilən fayla basın və Ön baxış variantını istifadə edin.

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar