İnternetin yaranma tarixi


İnternetin yaranma tarixiXX əsrin ən böyük kəşflərindən biri olan İnternet dünyanın müxtəlif nöqtələrində yerləşən minlərlə kompüter şəbəkəsini birləşdirən ümumdünya kompüter-informasiya şəbəkəsidir. O dövlət sərhədləri bilməyən, coğrafi uzaqlıqdan asılı olmayaraq operativ və etibarlı informasiya mübadiləsini təmin edən böyük sürətlə yeniləşən virtual informasiya məkanı, rahat və əlverişli ünsiyyət vasitəsidir.
Internet kompüter-informasiya şəbəkəsinin yaradılması istiqamətində tədqiqatlara keçən əsrin 60-cı illərindən etibarən ABŞ-da və Böyük Britaniyada başlanmışdır. Ilk öncə olaraq 1962-ci ildə Massaçuset Texnologiya İnstitunun əməkdaşları S. Liklayder uzaq məsafədən kompüter əlaqəsinin yaradılması ideyasının, 1961-ci ildə isə L. Kleykrok paket kommutasiya nəzəriyyəsini irəli sürdülər. 1965-ci ildə L. Robert və T. Mervil Massaçuset və Kaliforniyada yerləşən iki TX-2 və Q-32 markalı kompüterlər arasında adi telefon rabitəsindən istifadə edərək əlaqə yaratdılar. Bu təcrübə kompüter şəbəkəsinin yaradılmasında telefon rabitəsindən istifadənin qeyri-effektivliyini və paket kommutasiya nəzəriyyəsinin üstünlüyünü aşkar etdi.
1967-ci ildə ABŞ Müdafiə Nazirliyinin Perespekiv Araşdırmalar İdarəsinə dəvət alan Roberts müasir İnternetin sələfi hesab edilən ilk kompüter şəbəkəsinin planını hazırladı və 1969-cu ilin yanvar ayının 2-də, sonradan ARPANet adlanan bu şəbəkə vasitəsilə Los-Anceles, Santa-Barbara və Yuta ştatının universitetləri və Stenford Elmi-Tədqiqat İnstitutu arasında informasiya mübadiləsi təmin edildi. 1972-ci ildə isə İnternetin ik xidmət növü elektron poçt (e-mail) fəaliyyətə başladı.
1972-ci ildə B. Kan müasir müasir İnternetin nəzəri əsasını təşkil edən “açıq şəbəkə texnologiyası” ideyasını irəli sürdü. Bu ideyanı reallaşdırmaq məqsədilə yeni protokolun hazırlanması işinə başlandı və “İnternetin Atası” sayılan B. Stefin rəhbərliyi altında TCPİP protokolu yaradıldı. Bu protokolun yaradılması ENTERNET arxitekturalı lokal şəbəkənin yaradılmasını və ARPANet şəbəkəsi ilə müxtəlif arxitekturalı bir sıra (məs. PRNET, SATNET) şəbəkələrin birləşdirilməsini mümkün etdi. Bu şəbəkə ilə 1979-cu ildə USENET, 1981-ci ildə BİTNET, sonralar CompuServe, AmericaOnline və NFSNET şəbəkələri arasında əlaqə yaradılaraq, 1990-cı ildən o, İNTERNET adlanmağa başladı (İlk dəfə İngiltərə və İsveçin kompüter şəbəkəsi İnternetə qoşulmuşdur). Eyni zamanda İnternetlə digər ölkələrin kompüter şəbəkələri arasında əlaqə təmin edildi və o, Beynəlxalq Şəbəkələr Şəbəkəsinə çevrildi.
1979-cu ildə İnternetin USENET, 1989-cu ildə WWW, 1996-cı ildə ICQ xidmətləri fəaliyyətə başladı.

----------------------------------------------------------------------------------

İnternet dünya ölkələrinin əksəriyyətinin şəbəkələrini birləşdirir.

Bu gün İnternet demək olar ki, dünyanın bütün ölkələrini əhatə edir və onun istifadəçilərinin sayı getdikcə artır.

İnternetdə vahid idarəetmə mərkəzi yaxud vahid müdiriyyət yoxdur. Buna baxmayaraq şəbəkənin belə təşkili əslində dərindən düşünülmüş struktur deməkdir. Bu struktur 1969-cu ildə ABŞ Təhlükəsizlik nazirliyi tərəfindən işlənmiş ARPAnet layihəsi çərçivəsində qurulmuş və on minlərlə dünya proqramçılarının kollektiv şüuru ilə getdikcə inkişaf etdirilmiş və mükəmməlləşdirilmişdir.

Gələcək şəbəkənin strukturuna ilk addımlardan başlayaraq informasiyanın nəqlinin etibarlılığı və yuksək səviyyəli qəzaya qarşı müqavimət.

İnternetin əsas xidmətləri

Elektron poçt ( e-mail );

Telekonfranslar;


və nəhayət WWW - informasiya-sorğu verilənlər bazaları, hökümət sənədləri, kitabxana kataloqları və sair kimi çoxsaylı müxtəlif sənədlərdən ibarət olan hipermətn mühiti.

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar