“BAKUTEL-2011”: BU SƏRGİNİ ÖTÜRMƏK OLMAZ!


“BAKUTEL-2011”: BU SƏRGİNİ ÖTÜRMƏK OLMAZ!

Xəzər və Qafqaz regionlarının ən iri telekommunikasiya tədbiri olan “BakuTel-2011” sərgisi 23-26 noyabr tarixlərində “Bakı Ekspo” mərkəzində həyata keçiriləcək. Keçirildiyi illər ərzində bu sərgi ölkənin və bütövlükdə regionun telekommunikasiya bazarının ayrılmaz hissəsi olan İKT sahəsinin aparıcı tədbirinə çevrilmişdir. İKT ilə maraqlanan hər bir kəsin çoxdan bəri gözlədiyi bu tədbirə heç kim laqeyd qalmayacaq, çünki, tərəqqinin gücünü hiss etmək, hətta gələcəyə nəzər salmaq üçün telekommunikasiya vasitələri sərgisi yeganə münasib yerdir!

“BAKUTEL-2011”: BU SƏRGİNİ ÖTÜRMƏK OLMAZ!

Bu il keçirilən sərgidə iki dəfədən də çox artım müşahidə olunur. Belə ki, dünyanın 29 ölkəsindən 250-dən çox şirkət öz yeni məhsul və xidmətlərini nümayiş etdirmək üçün Bakıda bir araya gələcəklər. İlk dəfə olaraq, “BakuTel” sərgisində Avstriya, Belarus, Macarıstan, Fransa, İran, İsrail, İspaniya, Kanada, Latviya, Litva, BƏƏ, Rumıniya, ABŞ, Türkiyə, Xorvatiya və Estoniyadan 18 milli ekspozisiya da iştirak edəcək. İkinci pavilyonda isə öz miqyası və təqdim edəcəyi layihələri ilə fərqlənən Azərbaycan Respublikasının Milli pavilyonu yerləşəcək.

“BAKUTEL-2011”: BU SƏRGİNİ ÖTÜRMƏK OLMAZ!

Bu ilki sərginin iştirakçıların arasında aparıcı İT şirkətlər, mobil operatorlar, distribütorlar, rabitə operatorları və servis şirkətləri vardır. Ənənəvi olaraq, “BakuTel” sərgisinin daimi iştirakçıları olan dünyanın İT texnologiya bazarının ən böyük iştirakçıları da bu sərgiyə toplaşıblar. Daimi iştirakçıların sırasına bir çox yeni şirkət qoşulmuşdur və ilk dəfə olaraq, onlar öz texnologiya və xidmətlərini regionun geniş mütəxəssis dairəsinə nümayiş etdirəcəklər.
Sərginin daimi iştirakçıları: Azel, Azercell Telecom, Azerfon, Aztelecom, SAZZ, B&B TV, Bakcell, Baku Telephone Communications Production Association, Caspel, Caspian Navtel, Delta Telecom, Idrak Technology Transfer, Microsoft, Nokia Siemens Networks, R.I.S.K., SINAM, Softline, Teleradio, Ultra Рё РґСЂСѓРіРёРµ.

“BAKUTEL-2011”: BU SƏRGİNİ ÖTÜRMƏK OLMAZ!

“BakuTel” sərgisini uzun illər dəstəkləyən Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bu sərginin inkişafında mühüm rol oynamışdır.
Sərgiyə dəstək göstərən strukturlar arasında Birləşmiş Millətlər Təşkilatı (BMT) və Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) qeyd etmək lazımdır..

“BAKUTEL-2011”: BU SƏRGİNİ ÖTÜRMƏK OLMAZ!

Bu il “BakuTel” sərgisinin keçirilməsi Azərbaycanda Rabitənin yubileyi ilə üst-üstə düşür. 130 il bundan əvvəl Bakıda Nobel Qardaşları tərəfindən ilk telefon xəttinin çəkilməsi ilə Azərbaycanda rabitə sənayesinin yaranma tarixi başlanır. Bu gün Azərbaycanın informasiya və kommunikasiya texnologiyaları (İKT) sektoru öz inkişaf templərinə görə qeyri-neft sektorunun sənaye sahələri arasında birinci yeri tutur və bu il keçirilən sərgi sözügedən prosesi əyani şəkildə əks etdirir. Sərgi çərçivəsində Azərbaycanda Rabitənin 130 illiyinə həsr edilmiş stend-muzey fəaliyyət göstərəcəkdir. Bu stenddə ölkənin telekommunikasiya bazarının inkişaf mərhələləri haqqında ziyarətçilərə ətraflı məlumat veriləcək.

“BAKUTEL-2011”: BU SƏRGİNİ ÖTÜRMƏK OLMAZ!

“Smart Zone” (“İntellektual ərazi”) – sərginin yeni və əhəmiyyətli layihəsi olacaqdır. Sözügedən layihənin əsas məqsədi gənc mütəxəssislərin təkcə Azərbaycanda deyil, həm də regionda İKT sektorunun ən iri tədbiri sayılan bu sərgi çərçivəsində öz ixtiraları, proqramları və xidmətləri haqqında məlumat vermələrinə imkan yaratmaqdır. Dünyanın aparıcı şirkətləri daim innovasiyalar axtarışındadırlar və onları gerçəkləşdirməyə, sürətlə inkişaf edən informasiya-rabitə texnologiyalarının sahəsində tətbiq etməyə hazırdırlar. Gənc istedadların öz ideyalarını təşviq edərək peşəkarların diqqətini cəlb edə bilmələri üçün “BakuTel” sərgisindən daha münasib “start meydançasını” təsəvvür etmək çətindir. Sərgi çərçivəsində 6 eksponent şirkət öz layihələrini təqdim edərək bu sahəyə və bizim cəmiyyətə bəxş edəcəkləri yeniliklər barədə danışacaqlar. Sərginin “Smart Zone” bölməsi “Bakı Ekspo” mərkəzinin ikinci zalında yerləşəcəkdir.

“BAKUTEL-2011”: BU SƏRGİNİ ÖTÜRMƏK OLMAZ!

“İnnovasiyalar ərazisi” layihəsi çərçivəsində iştirakçılar yeni yüksək texnoloji məhsullar nümayiş etdirəcəklər. İnnovasiyalar kataloqunda ən yeni avtomatik idarəetmə sistemləri (“SON”), proqram təminatları, peyk rabitəsi üçün servis avadanlıqları, teleradio yayımı üçün avadanlıqlar və texnologiyalar, bank texnologiyaları və xidmətləri, mobil rabitə yenilikləri, yeni ixtisaslaşdırılmış jurnal və s. yer alacaq. İnnovasiyalar kataloqu sərginin bütün iş günləri ərzində sərgi ərazisində pulsuz paylanılacaqdır. Həmçinin, yeniliklər haqqında məlumatları buradanВ əldə etmək olar.

“BAKUTEL-2011”: BU SƏRGİNİ ÖTÜRMƏK OLMAZ!

Sərginin daha bir innovasiyası - oyunlar ərazisi olacaq. Bütün arzu edənlər “Bakı Ekspo” mərkəzinin ikinci pavilyonunda yerləşən “Microsoft” şirkətinin oyun konsollarında özlərini peşəkar oyunçu qismində sınaya biləcəklər.

“BAKUTEL-2011”: BU SƏRGİNİ ÖTÜRMƏK OLMAZ!

24 noyabr tarixində “Bakı Ekspo” mərkəzinin konfrans zalında baş tutacaq “BakuTel” konfransı isə işgüzar proqramın mühüm hissəsini təşkil edir. Bu konfransda innovasiyaların Azərbaycan bazarında tətbiqi, regionda genişzolaqlı şəbəkələrin inkişafı, “Elektron hökumət” layihəsinin gerçəkləşdirilməsi, infrastruktur və hüquqi baza, internet və sosial şəbəkələrin inkişafı, regional tendensiyalar və İKT sektorunun perspektivləri kimi mövzular müzakirə olunacaqdır.

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Təəssüratlar 1
KymaR_
gedəcəm
Biz sosial şəbəkələrdə
Sayğaclar