Windows 7 Azərbaycan Dil Interfeysi Paketi (32 bit/64 bit)


Windows 7 Azərbaycan Dil Interfeysi Paketi (32 bit/64 bit)

Windows Dil İnterfeys Paketi (LIP) Windows-un ən geniş istifadə olunan sahələrinin qismən tərcüməsini təmin edir. LIP-i quraşdırdıqdan sonra, ustadların mətni, dialoq xanaları, menyular və Kömək və Dəstək mövzuları LIP-nin dilində nümayiş olunacaq. Tərcümə olunmamış mətn Windows 7-nin əsas dilində olacaq. Məsələn, Windows 7-nin ispan dilində versiyasını satın almısınızsa və Katalan dilində LIP quraşdırmısınızsa, bəzi mətnlər ispan dilində qalacaq. Tək bir əsas dil üzərində bir neçə LIP quraşdıra bilərsiniz. Windows LIP-ləri bütün Windows 7 buraxılışlarında quraşdırıla bilər.

Sistem tələbləri
* Dəstəklənən Əməliyyat Sistemləri: Windows 7
# Microsoft Windows 7
# Windows 7 üçün tələb olunan əsas dilin quraşdırılması: İngili dili, Rus dili
# Yükləmə üçün 4.63 Mb boş yer
# Quraşdırma üçün 15 Mb boş yer

Göstərişlər
DİQQƏT: Sizdə BitLocker şifrlənməsi aktivdirsə, lütfən LIP quraşdırmazdan əvvəl onu dayandırın.Control Panel açın, System and Security, daha sonra isə BitLocker Drive Encryption seçin. Suspend Protectionüzərində klikləyin.

Çünki Windows 7 LIP 32-bit və 64-bit versiyaları üçün ayrıca yükləmələr mövcuddur, yükləməni başlatmazdan əvvəl, Windows 7-nin hansı versiyasını quraşdırdığınızı təyin etməlisiniz: Windows 7-nin hansı versiyasını quraşdırdığınızı belə təyin edə bilərsiniz:

Start düyməsini klikləyin, daha sonra Kompüter üzərində sağ ilə klikləyin və Properties seçin. Bu kompüteriniz haqqında əsas məlumatı nümayiş etdirəcək.
Sistem növü üçün Sistem bölməsinə baxın. Burada Windows 7 Əməliyyat Sisteminizin 32-bit Əməliyyat Sistemi yoxsa 64-bit Əməliyyat Sistemi olduğunu göstərəcək.

1. Yükləməyə başlamaq üçün bu səhifədəki Download düyməsini klikləyin və yaxud aşağı açılan siyahıdan başqa dil seçib Go əmrini klikləyin.
2. Aşağıdakılardan birini icra edin:
* Quraşdırmanı dərhal başlamaq üçün Open və ya Run this program from its current location əmrini klikləyin.
* Sonra quraşdırmaq üçün yükləməni kompüterinizdə saxlamaq məqsədilə Save və ya Save this program to disk əmrini klikləyin.


Windows 7 Azərbaycan Dil Interfeysi Paketi (32 bit/64 bit)

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Təəssüratlar 8
rafo19
linki yenileyin islemir
Delphi7
Yeni linkler elave edildi.
Yusif vip
bu proqram windows 7- di ? bilen varsa yazsin meneВ 
Bəli 7-ni Azəri dilinə çevirmək üçün.
BU Əla oldu. təşəkkürlər.Öz komputerimi açan kimi bunu yükləyəcəm
boxca.com saytına yeni upload edildi...
Lazar
yüklmək mümkün deyil
ACCOUNTANT
Yüklə Boxca.com
bu sözə klik edin boxca-a gedəcək.
Biz sosial şəbəkələrdə
Sayğaclar