Windows Vista Dil İnterfeys Paketi


Windows Vista Dil İnterfeys Paketi



Qısa baxış

Windows Vista üçün Windows Vista Dil İnterfeys Paketi Windows-un ən çox işlənilən hissələrinin hissə-hissə tərcümə edilmiş versiyasını təmin edir. DİP quraşdırıldıqdan sonra ustadlardakı mətnlər, dialoq qutuları, menyular, Kömək və Dəstək mövzuları və istifadəçi interfeysindəki digər elementlər DİP dilində göstəriləcək. Tərcümə edilməyən mətnlər Windows Vista-nın baza dilində olacaq. Məsələn, əgər siz Windows Vista-nın İspan versiyasını almısınızsa və Katalan DİP-i quraşdırmısınızsa, bəzi mətnlər ispanca qalacaq. Siz birdən artıq DİP quraşdıra bilərsiniz, belə ki, kompüterin hər bir istifadəçisi istifadəçi interfeysini istədiyi dildə göstərə bilər.


Sistem tələbləri

Dəstəklənən Əməliyyat Sistemləri: Windows Vista
# Microsoft Windows Vista
# Aşağıdakı dildə istifadəçi interfeysi: İngilis
# yükləmə üçün 4.63 Mb boş yaddaş
# Quraşdırma üçün 15Mb boş yaddaş

Dəstəklənən Platformalar: DİP yalnız 32-bit versiyalı Windows Vista ilə işləyir və Windows-un əvvəlki versiyalarında və ya Windows Vista-nın 64-bit versiyasında quraşdırıla bilməz.


Göstərişlər

Yükləməyə başlamaq üçün bu səhifədəki
Yüklə
düyməsini klikləyin və yaxud aşağı açılan siyahıdan başqa dil seçib
Keç
əmrini klikləyin.


Aşağıdakılardan birini yerinə yetirin:
Quraşdırmanı dərhal başlamaq üçün

və ya
Bu proqramı onun öz yerindən icra et
əmrini klikləyin.
Sonra quraşdırmaq üçün yükləməni kompüterinizdə saxlamaq məqsədilə
Yadda saxla
və ya
Bu proqramı diskdə saxla
əmrini klikləyin.

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar