Yeni Google Pixel smartfon modellərinin təqdimat tarixi sızdırldı



    Google şirkətinin yeni Pixel smartfon modellərinin təqdimat tarixi Famebit platformasında əks olunub. Qeyd etmək lazımdır ki, şirkət bu platformanı 2016-cı ildə almışdı. Beləliklə Google ənənəyə sadiq qalaraq yeni smartfon modellərini 4 Oktyabr tarixində təqdim edəcək. Keçən ilki modellər də bu tarixdə təqdim olunmuşdular. Maraqlısı ondadır ki, Pixel 3 modelini Pixel 2Pixel 2 XL modellərinin yeni inteqrasiyası adlandırırlar.


    Bununla belə Pixel 3 XL modelinin adı hallanmır. Çox güman ki, şirkət sadəcə olaraq onun adını dəyişib. Belə ki, bir çox məlumatlarda 4 Oktyabr tarixinə planlaşdırılmış məhz iki smartfon modeli qeyd olunur. Bununla yanaşı bir sıra məlumatlara əsasən Pixel 3 XL 4 GB RAM və ekran üzərində çıxıntı hissə ilə təchiz olunacaq. Təqdimatda yeni smartfon modellərindən əlavə olaraq həmçinin nazik ekran çərçivələrinə sahib yeni Pixelbook noutbooku, Pixel Buds qulaqlıqlarının ikinci nəsli və Google şirkətinin ilk smart saatları gözlənilir.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar