Instagram'da verification özəlliyini şəxsiyyəti təsdiq edən sənəd vasitəsilə almaq olacaq



    Facebook şirkətinə aid olan Instagram servisi təhlükəsizlik tədbirlərinin yaxşılaşdırılması üzrə işlərin aparıldığını bildirib. Beləliklə bundan sonra Instagram-da verification özəlliyini əldə etmək istəyəcək istifadəçilər öz şəxsiyyətlərini təsdiq edən sənədlərini təqdim etməli olacaqlar. Qeyd etmək lazımdır ki, Instagram-da əvvəllərdə verification özəlliyinə sahib hesablar var idi. Lakin indiyənə kimi həmin özəlliyi servisin özü istifadəçilərə təqdim edirdi.

    Verification özəlliyini əldə etmək istəyən istifadəçi servisdəki yeni bölmə vasitəsilə istifadəçi adını, real adını qeyd etməli və şəxsiyyətini təsdiq edən sənədin kopyasını göndərməlidir. Bütün bunların edilməsi halında da verification özəlliyinin əldə olunacağına zəmanət verilmir. Bundan əlavə olaraq yaxın zamanda hansısa Instagram hesabı barəsində məlumat da əldə etmək mümkün olacaq. Məsələn hesabın qeydiyyatdan keçmə tarixi, qeydiyyat ölkəsi, istifadəçinin əvvəlki adları, istifadəçinin reklam kampaniyaları və s. kimi məlumatlıarı əldə etmək mümkün olacaq. 


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar