I.G.I 2 - Covert Strike - Xüsusi təyinatlı olmaq elə də asand iş deyil, müvəfəqiyyətə nail olmaq üçün siz gərək hər cür çətinlikdən keçəsiniz. Oyun bol silah arsenalına, bir-birindən müxtəlif və dünyanın bir çox səmtindəki missiyalara malikdir.
GTA Kurtlar Vadisi - GTA Vice City oyunun Türkcəyə inteqrə olunmuş versiyasıdır. Bir çox hallarda oyunun həcmini az etmək üçün səs faylları çıxardılır. Ancaq hal-hazırda təqdim olunan bu versiya tamdır, heç nə çıxardılmayıb. Oyunun dili türkcədir və oyuna bir çox modlar əlavə olunub.
Crysis 2 yadplanetlilərin səbəb olduğu bir xəstəlikdən ötəri çıxarılan New York City-də 2023-cü ildə keçməkdədir.Əvvəlki oyunlara bənzər olaraq, Crysis 2 silah və qabiliyyətlərin fərdiləşdirmə azadlığına sahib olacaq Crytek, Fara Cry və Crysis adlı oyunlarındakı kimi meşə ətrafında keçən bir başqa oyun etməkdən kənar New York City-də bir şəhər meşə oyuna mövzu olmuşdur.
Ölülər dirilərdən yenə də əl çəkmirlər. Zombiyə çevrilmiş ölülər heç bir səbəb olmadan sağ qalanları öldürürlər. Oyunun qəhrəmanı canlı ölüləri tam 20 mərhələdə qalib gəlməlidir. Onlara qalib gəlmək üçün isə soyuq və ya isti silah ilə ancaq başlarından vurmaq lazım gələcək. Bu qorxulu və həyəcanlı oyunda görəsən sağ qalmaq mümkün olacaqmı?
Çoxdandır Gözlənilən 4 Azəri Oyunlardan İbarət Disk Artıq Satışda. Diskin Daxilində Olan Oyunlar GTA H.O.S.T , AZƏRİ RALLY , KÜÇƏ YARIŞI , BOKS. Oyunlar Tam Olaraq Azərbaycan Versiyasında Hazırlanılmışdır.
Shrek 2. The Game - Bu oyun eyni adlı mutfilimin motivləri əsasında yaradılmışdır. Bataqlıq kralı Şrek öz dostları ilə birbirindən maraqlı məcaralar yaşayacaqlar. Belə ki adamyeyən Şrek və onun sevgilisi Fiona bal ayından qayıtdıqdan sonra onların gözəl bataqlıqlarında bəzi şeylərin dəyişdiyini hiss edirlər. Sən demə kral və adamları onun bataqlığına güz dikiblər və orada yaşayanları incuidirlər. Görəsən Şrek və dostu Uzunqulaq ilə bütün bunların öhdəsindən gələ biləcəklərmi?
Area 51 - Gizli labaratoriyada qəza nəticəsində çox təhlükəli virus havalandırma borularına yayılır. Oyunun əsas qəhramanı xüsusi olaraq həmin yerə yönləndirilir ki problemi aradan qaldırsın. Lakin o həmin yerə çatdıqdan sonra anlayır ki heç bir qəza baş verməyib, bəzi alimlər kosmosdan gələnlərlə əlbir olub insanlar üzərində çox təhlükəli sınaqlar keçirdirlər. Oyunun əsas sujet xətti daim gizli saxlanılır, həm də aydındır ki bütün sirləri bilən çox yaşaya bilməz. Yaşamaq üçün daim mübarizə aparmaq lazımdır.
Bunu söyləməkdə fayda var, Mafia 2 əgər tarixə bir klassik oyun olaraq keçəcəksə bunu hekayəsinə və atmosferinə borclu olaraq keçəcək.Oyunun əsl keyfiyyətini hekayənin inkişafı, o illərdəki havanın oyunçuya nə qədər veriləcəyi kimi ünsürlər təyin edəcək.Mafia 1-dən fərqli olaraq Mafia 2-nin qrafik görüntüsü çox güclüdür.