Əvvəlcə onu qeyd edim ki
"Xocalı Soyqırımı" ərəfəsində ermənilər həmişəki kimi yenə də aktivləşmişdilər. Onların bu dəfəki hədəfi yenə də dünyaya yalan informasiya çatdırmaq, dünyanı aldatmaq idi. Bu məqsədlə
http://xocali.net/ adlı sayt fəaliyyətə verilmişdi. Bu saytda xocalı həqiqətləri bir fırıldaq kimi göstərilirdi. Guya ki xocalı şəkilləri kosova qırğınından götürülüb, guya xocalını biz özümüz qırmışıq, guya bütün məlumatlar saxtadır və s, özlərinə lazım olan yalançı mənbələrdən istifadə edərək dünyanı yenə də çaşdırmağa çalışmışdılar. Mənim ən çox acığıma gələn isə saytın Azərbaycan dilində də fəaliyyət göstərməsi idi. Amma artıq dövlətimizin buraxdığı bu səhvi cəsarətli və bacarıqlı Hackerlərimiz düzəltdilər. Onlar saytı xak edərək, orda həqiqəti əks etdirdilər.
Niyə görə dövlətimizin səhvi? Ona görə ki biz həmişə informasiya (elə hərbi baxımdan da) baxımından üzdən iraq düşmənlərimizə uduzuruq. 10 dollara olan bir domain adı nədir ki onu almırlar, hər şeyə pul tapırlar sadəcə bu özəl adlara uyğun domainləri almırlar. Demirəm ki saytları alıb işlətsinlər, ən azından domain adını alıb qırağa qoymaq olardı. Bu cür xüsusi adları saysaq heç 100-ə çatmaz. Hər şeyə pul tapırlar amma bu cür həssas məsələlərə yox. Hər nəysə. Bu başqa mövzudu...
İlk öncə Windows-AZ.com qrupu adından
Azerbaijan Defacers xaker qrupuna öz təşəkkürümüzü bildiririk. Ümid edirik ki saytın tezliklə bərpasına imkan verməyəcəklər. Uşaqlar belə saxlayın həmişə...
Xak olunmuş sayt: http://xocali.net/